“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Səudiyyədə 5 mühüm obyekti vurduq; Ər-Riyad da hesabat açıqladı - Husilər

Tarix 29.11.26, 9:17

Font ölçüsü : - / +
bitmap-img6


Ərəb koalisiyası qüvvələri Ənsar Allah-ın Ər-Riyada doğru atdığı ballistik raketi məhv edib.

AzFakt.com xəbər verir ki, məlumatı alyansın rəsmi sözçüsü Turki əl-Maliki X hesabında açıqlayıb: "Hava hücumundan müdafiə qüvvələri Husi yaraqlıları tərəfindən Ər-Riyada doğru atılan ballistik raketi ələ keçirib və məhv edib".

Əvvəlki məlumatlarda həmçinin krallığın şərq bölgəsi üzərində iki ballistik raketin ələ keçirildiyi də qeyd olunurdu.

Husilər də öz hücumları barədə hesabat açıqlayıblar. Qrupun sözçüsü Yəhya Sariyə “Əl-Cəzirə” telekanalına bildirib ki, son 48 saat ərzində Səudiyyə Ərəbistanında əsas infrastruktur obyektlərinə beş zərbə endirilib: "Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edilib. Bundan əlavə, krallığın cənub-qərbindəki Əbha və Xamis Muşayt şəhərlərində iki radar stansiyasına hücum edilib və onlar sıradan çıxarılıb".

Husilər həmçinin Cizan şəhərində bir neft emalı zavoduna və bir elektrik stansiyasına, Şərq əyalətində (Haviyə rayonundakı obyekt) başqa bir neft emalı zavoduna, Əş-Şuqaiqdəki elektrik stansiyasına da zərbə endirdiklərini iddia edirlər. Sariyənin sözlərinə görə, zərbələr dəqiq olub və obyektlərə ciddi ziyan vurub.

“Əl-Cəzirə”nin məlumatına görə, Ər-Riyadın rəhbərlik etdiyi koalisiya komandanlığı öz növbəsində Səudiyyə Ərəbistanının mülki infrastrukturuna hücum etmək üçün istifadə edilən əsas husi hədəflərinə zərbələr endirildiyini bildirib.



Xəbərin oxunma sayı : 64




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap