“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Mobil internetin sürətinə görə ölkələrin yeni reytinqi açıqlanıb - SİYAHI

Tarix 24.11.26, 12:26

Font ölçüsü : - / +
bitmap-img6


Dünyanın ən sürətli mobil internet şəbəkələrinə malik ölkələrin yeni reytinqi açıqlanıb.

Yeniavaz.com “Ookla” şirkətinin məlumatlarına istinadən xəbər verir ki, Azərbaycan mobil internetin orta yükləmə sürətinə görə 100 ölkə arasında 47-ci yeri tutub.

Ölkəmizdə bu göstərici 98,9 Mbps təşkil edib.
Reytinqə 681,1 Mbps orta mobil yükləmə sürəti ilə Birləşmiş Ərəb Əmirlikləri başçılıq edir. İkinci yerdə 526,4 Mbps göstərici ilə Qətər, üçüncü yerdə isə 410,8 Mbps sürətlə Küveyt qərarlaşıb. Beləliklə, ilk üç pillənin hamısını Körfəz ölkələri tutub.
İlk onluqda Almaniya (299,8 Mbps), Braziliya (274,4 Mbps), Cənubi Koreya (244,2 Mbps), Bəhreyn (241,4 Mbps), Vyetnam (230,3 Mbps), Səudiyyə Ərəbistanı (222,3 Mbps) və Bolqarıstan (206,5 Mbps) da yer alıb.
ABŞ 190,6 Mbps göstərici ilə 11-ci, Çin 170,1 Mbps ilə 13-cü, Fransa 140,9 Mbps ilə 26-cı, Yaponiya isə 67,6 Mbps sürətlə 71-ci sırada qərarlaşıb.
Qeyd etdiyimiz kimi, Azərbaycan 98,9 Mbps orta mobil internet sürəti ilə dünya üzrə 47-ci yerdədir. Ölkəmiz bu göstəriciyə görə Macarıstanı (96,7 Mbps), Çexiyanı (95 Mbps), Ukraynanı (94,8 Mbps) və Qazaxıstanı (93 Mbps) qabaqlayıb.

Region ölkələrindən Gürcüstan 147,5 Mbps sürətlə 21-ci, Türkiyə 129,4 Mbps ilə 32-ci, Ermənistan 75,9 Mbps ilə 60-cı, Moldova 68,1 Mbps ilə 70-ci, Özbəkistan 66,8 Mbps ilə 73-cü, Qırğızıstan isə 51,9 Mbps ilə 78-ci yerdədir.
Qlobal orta mobil yükləmə sürəti 110,4 Mbps təşkil edib. Bu baxımdan Azərbaycanın göstəricisi dünya ortalamasından aşağıdır.

Reytinqdə ən aşağı göstərici Liviyada qeydə alınıb. Bu ölkədə orta mobil yükləmə sürəti 19,9 Mbps təşkil edib.
100 ölkənin yer aldığı siyahıda keçmiş SSRİ və qonşu ölkələrin mövqeyi aşağıdakı kimi olub:
Gürcüstan – 147,5 Mbps (21-ci yer)
Türkiyə – 129,4 Mbps (32-ci yer)
Azərbaycan – 98,9 Mbps (47-ci yer)
Ukrayna – 94,8 Mbps (50-ci yer)
Qazaxıstan – 93 Mbps (51-ci yer)
Ermənistan – 75,9 Mbps (60-cı yer)
Moldova – 68,1 Mbps (70-ci yer)
Özbəkistan – 66,8 Mbps (73-cü yer)
Qırğızıstan – 51,9 Mbps (78-ci yer)



Xəbərin oxunma sayı : 133




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap