“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Şirkət rəhbəri həbs olundu - Hovuzlu evlər vəd edirdi...

Tarix 26.11.26, 18:38

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda 19 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri polisə daxil olan çoxsaylı şikayətlər əsasında həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “T-Group” MMC-nin direktoru Teymur Məhərrəmov 1 milyon manata yaxın pul ələ keçirməkdə təqsirli bilinib.

İttihamda deyilir ki, şikət rəhbəri vətəndaşlara Qəbələ, Quba, Qax, Şamaxı, Xaçmaz rayonlarında ev, hovuz və istirahət guşəsi inşa etdirəcəyi barədə yalan vədlər verib. 

Məsələn, o, Qubanın Qəçrəş kəndində ev tikdirmək üçün bir nəfərdən 150 min manat, Qaxın Qaxbaş kəndində tikinti üçün 96 min, Qəbələdə ev tikintisi üçün 82 min manat pul alıb. Məhərrəmov pulları ofisdə əlbəəl, bir hissəsini isə kart hesabına köçürmə yolu ilə əldə edib, amma verdiyi vədə əməl etməyərək aradan çıxıb.

Açıklama yok.

Aldadılan çoxsaylı zərərçəkmişlər polis idarəsinə üz tutduqdan sonra Teymur Məhərrəmovun əməlləri ifşa edilib.

Şitkət rəhbərinin işini Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanova araşdırıb. 

Çoxsaylı zərərçəkmişlərin və şahidlərin də ifadələri ilə təqsirləndirilən şəxsə verilmiş ittihamlar sübuta yetirilib.

Böyük məbləğdə pullar ittirən zərərçəkmişlər başlarına gələnləri bir-bir hakimə danışıb, pullarının qaytarılmasını istəyiblər. Əks təqdirdə zərərçəkənlər təqsirləndirilən şəxsin ağır cəzalandırılmasını istəyiblər.

Yekunda məhkəmənin hökmü ilə Teymur Məhərrəmov külli miqdarda dələduzluqda təqsirli bilinib, ona 7 il həbs cəzası verilib.



Xəbərin oxunma sayı : 115




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap