“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Kürün səviyyəsi artıb, Sabirabadın bəzi ərazilərini su basıb - VİDEO

Tarix 28.11.26, 22:16

Font ölçüsü : - / +
bitmap-img6


Havaların qeyri-sabit keçməsi və intensiv yağışlar Kür çayında suyun artımasına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, çayın keçdiyi Sabirabad rayonunda, xüsusən də Poladtuğay kəndində ərazilər su altında qalıb.

Sahilboyu meşə zolağı ilə yanaşı, əkin sahələri də su altında qalmaq təhlükəsi ilə üzləşib.

Kənd sakinlərinin sözlərinə görə, artım davam edərsə, xüsusilə taxıl əkilmiş sahələr su altında qalacaq. Ərazilərdə suyun səviyyəsi bəzi yerlərdə 1.5 metrə qədər yüksəlib.

Məsələ ilə bağlı Azadkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən "Xəzər Xəbər"ə bildirildi ki, vəziyyət nəzarət altındadır. Əraziyə baxış keçirilib, monitorinqlər davam etdirilir. Rəsmi məlumatda həmçinin vurğulanıb ki, mövcud mühafizə bəndlərinin hündürlüyü su səviyyəsindən təxminən 4 metr yüksəkdir. Bu səbəbdən hazırda yaşayış məntəqəsi üçün ciddi təhlükə yoxdur. Kür və Araz çaylarında baş verə biləcək daşqın təhlükəsini qarşısını almaq məqsədi ilə bəndlərin istismarı idarəsi bəndbərkitmə işlərini davam etdirir. Çayın keçdiyi Bulduq və Dadaşbəyli kəndlərinin ərazisində əlavə tədbirlər görülərək bəndbərkitmə işləri həyata keçirilib.




Xəbərin oxunma sayı : 127




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap