“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Varşavadan NATO-ya sensasiyalı təklif: Rusiya raketləri Ukrayna səmasında vurulsun

Tarix 25.11.26, 20:35

Font ölçüsü : - / +
bitmap-img6


Polşa Rusiya raketləri və pilotsuz uçuş aparatlarının (PUA) Polşa hava məkanı istiqamətində hərəkət etdiyi təqdirdə onların Ukrayna ərazisi üzərində vurulması imkanının müzakirə olunmasını NATO-ya təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyanat verib, məlumatı "Bloomberg" agentliyi yayıb. Onun sözlərinə görə, Kiyevin müraciəti əsasında bu cür addımlar özünümüdafiə kimi qiymətləndirilə bilər. Eyni zamanda, nazir vurğulayıb ki, bu təşəbbüsün həyata keçirilməsi üçün Polşa və NATO-nun hərbi mütəxəssisləri arasında məsləhətləşmələr aparılmalıdır.

Qeyd edək ki, bu təşəbbüs noyabrın 20-də və 24-də Rusiya raket və dronlarının Polşa hava məkanına daxil olması ilə bağlı son insidentlər fonunda gündəmə gəlib. Noyabrın 20-də kütləvi hücum zamanı üç Rusiya "Kh-101" qanadlı raketinin Polşa ərazisinə daxil olduğu bildirilib, Şimali Atlantika Şurasının noyabrın 23-də keçirilən təcili iclasından sonra isə NATO-nun Avropadakı müttəfiq qüvvələrinin komandanlığı "AWACS" erkən xəbərdarlıq təyyarəsinin Polşaya irəli yerləşdirilməsinə icazə verib.

Noyabrın 24-nə keçən gecə isə Ukrayna tərəfdən Polşa hava məkanına daxil olan Rusiya dronunun marşrutunu şərqə dəyişməsi və mülki əhali üçün risklər nəzərə alınmaqla vurulmadığı açıqlanıb.



Xəbərin oxunma sayı : 40




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap