“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Türkiyədən Monteneqroya sərt cavab: 18 illik vizasız rejim ləğv edildi!

Tarix 27.11.26, 13:23

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə noyabrın 1-də qüvvəyə minmiş analoji qərara cavab olaraq Monteneqro vətəndaşları üçün vizasız rejimi ləğv edib.

Musavat.com xəbər verir ki, Monteneqro daha əvvəl Türkiyə vətəndaşları üçün viza tələbi tətbiq etmişdi. Adi pasportlara malik Monteneqro vətəndaşları üçün vizasız girişin dayandırılması barədə sərəncamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.   

Qərar noyabrın 27-də qüvvəyə minib və 18 il ərzində fəaliyyət göstərən vizasız rejimə son qoyub.

Qeyd edək ki, "Resmi Gazete"də dərc olunan 26 noyabr 2026-cı il tarixli qərar 18 yanvar 2008-ci ildə imzalanmış qarşılıqlı vizasız rejim sazişinin ümumvətəndaş pasportlarına şamil edilən müddəalarının tətbiqini dayandırır, lakin xüsusi, xidməti və diplomatik pasport sahiblərinə aid deyil.

Podqoritsa hökuməti isə bu ilin iyulunda qəbul etdiyi dəyişikliklərlə Avropa İttifaqının viza siyasətinə uyğunlaşma məqsədilə noyabrın 1-dən Türkiyə ilə yanaşı Rusiya, Belarus, Çin və Səudiyyə Ərəbistanı vətəndaşları üçün də vizasız rejimi dayandırıb.  



Xəbərin oxunma sayı : 64




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap