“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Məcburi köçkün evdən çıxmaq istəmir - “Uşağım universiteti biti

Tarix 28.11.26, 10:41

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıtda 34 il əvvəl məskunlaşdıqları mənzildən çıxmayan məcburi köçkün ailəsi ilə evin qanuni sahibi arasında gərginlik yaşanır. 

AzFakt.com “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Cəbrayıl rayonundan olan məcburi köçkün Nərminə Cəfərova 34 il əvvəl ailəsi ilə birlikdə vətəndaş Taleh Mirişova məxsus Sumqayıt şəhəri, 47-ci məhəllə, 12-ci binanın 6-cı mənzilində məskunlaşıb.

Evin sahibi Taleh Mirişov dəfələrlə ailəyə mənzili könüllü boşaltmaq üçün müraciət edib. Hətta onlara başqa ünvanda yaşamaq təklifi də irəli sürülüb. Lakin ailə bu təklifi rədd edərək evdən çıxmayacağını bildirib. 

Taleh Mirişov deyib ki, qətnamə olmasına baxmayaraq, onları evdən çıxara bilmir: “2024-cü ilin fevralında onlara ev təklif olunub, indi də təklif olunur, amma hələ də köçməyiblər. İmtina yazıblar. Guya uşağı institutda oxuyur, amma mayda bitirib. Ondan sonra bir neçə dəfə gəlmişik, xoşluqla da çıxmırlar”.

Keçmiş məcburi köçkün ailəsi mövqeyini övladlarının ali məktəbdə təhsil alması ilə əsaslandıraraq, universiteti bitirənə qədər mənzildə qalacaqlarını vurğulayıb. 

Nərminə Cəfərova isə deyir ki, ona ev təklif olunmayıb: “Bir dənə sorğu keçirilib ki, “rayona qayıtmaq istəyirsiniz?” soruşublar. Mən də demişəm ki, köç nə vaxt getdi, göndərin məni, gedirəm, başına dönüm. Mənə ev təklif olunmayıb. Mənim uşağım oxusun, qurtarsın”.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən araşdırma aparıldığı bildirilib. 



Xəbərin oxunma sayı : 58




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap