“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bakıdan gedən Özcan Deniz saxlanıldı - Siyahıda Deniz Çakır da var

Tarix 25.11.26, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində daha bir əməliyyat keçirilib.

AzFakt.com Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində 35 şübhəli barəsində saxlanılma qərarı verilib.

Onlardan 24-ü artıq saxlanılıb. Saxlanılanlar arasında müğənni Özcan Deniz, rejissor Cem Karcı, təşkilatçı Erdal Bozkuş, aktrisalar Deniz Çakır və Burcu Özberk də var.

Baş Prokurorluğun açıqlamasına görə, istintaq fahişəlik, narkotik və ya psixotrop maddələrin ticarəti, əldə edilməsi, istifadəsi və saxlanılması ilə bağlı cinayətləri əhatə edir.

Bildirilib ki, şübhəlilərin ifadələri, şahidlərin və gizli şahidlərin məlumatları, habelə götürülmüş mobil telefonlar və digər rəqəmsal materiallar üzərində aparılan ekspertiza nəticələri qiymətləndirildikdən sonra bu addım atılıb.

Qeyd olunub ki, şübhəlilər əvvəlcə tibbi müayinədən keçirilir, daha sonra narkotik testindən ötrü Məhkəmə-Tibbi Ekspertiza Qurumuna aparılırlar. Ardınca prokurorluqda ifadələri alınır. Bu mərhələdən sonra onların sərbəst buraxılması və ya məhkəməyə göndərilməsi ilə bağlı qərar verilir.

Xatırladaq ki, İstanbul Prokurorluğunun məşhurlara qarşı narkotik istintaqı 8 oktyabr 2025-ci ildən davam edir. Bu müddət ərzində musiqiçilər, menecerlər, iş adamları və digər tanınmış şəxslər istintaqa cəlb olunub, bir sıra şəxslərdən qan və saç nümunələri götürülüb. Araşdırma çərçivəsində bəzi tanınmış şəxslər barəsində həbs qərarları da verilib.



Xəbərin oxunma sayı : 49




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap