“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

İsveçrədən Özbəkistana 252,5 milyon dollarlıq jest - Kərimovanın aktivləri geri qaytarılır

Tarix 25.11.26, 17:48

Font ölçüsü : - / +
bitmap-img6


İsveçrə Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın qanunsuz yolla əldə etdiyi aktivlərin daha bir hissəsini bu ölkəyə qaytaracaq.

AzFakt.com xəbər verir ki, İsveçrə və Özbəkistan arasında 252,5 milyon dollar dəyərində aktivlərin geri qaytarılmasına dair saziş təsdiqlənib.

Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin məlumatına görə, qaytarılacaq vəsait əhalinin rifahının yüksəldilməsi və insan kapitalının inkişafı məqsədilə “İşonç” fondu (“Özbəkistanın Baxışı 2030” Fondu) vasitəsilə istifadə olunacaq.

Fondun vəsaitlərinin bölüşdürülməsi strategiyasının ilk mərhələsində səhiyyə və təhsil sahələrinə 87 milyon dollar ayrılıb. Bu vəsait ana və uşaq sağlamlığının qorunmasına, perinatal xidmətlərin yaxşılaşdırılmasına, təhsilin keyfiyyətinin artırılmasına, müəllimlərin rəqəmsal bacarıqlarının inkişafına və müvafiq sahələrdə institusional imkanların gücləndirilməsinə yönəldiləcək.

Qeyd edək ki, 2022-ci ilin avqustunda Özbəkistanın Ədliyyə Nazirliyi ilə İsveçrə hakimiyyəti arasında Gülnarə Kərimovaya məxsus 131 milyon dollar dəyərində aktivlərin ölkəyə qaytarılması barədə yekun saziş imzalanıb.



Xəbərin oxunma sayı : 112




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap