“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Zakir Fərəcov Adil Xudadatovun “qələmini qırıb“? - “Kamaz“ ləqəbli bələdiyyə sədrinin DOSYESİ

Tarix 23.11.26, 23:25

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər mediada Sumqayıt şəhərində təmizlik işçilərinin iki aydır əməkhaqqı ala bilmədikləri üçün şəhər bələdiyyəsinin binası qarşısında toplaşaraq əməkhaqlarını tələb etmələri ilə bağlı məlumatlar yayılıb. Məsələnin diqqətçəkən tərəfi isə ondan ibarətdir ki, əməkhaqqı tələbi məhz həmin işçilərin çalışmadığı, onlarla əmək münasibətlərində olmayan bir qurumun – Sumqayıt bələdiyyəsinin qarşısında səsləndirilib. Bələdiyyə tərəfindən verilən açıqlamada vətəndaşların yanlış istiqamətləndirildiyi bildirilib. 

Bununla yanaşı, etiraz iştirakçılarının özlərinin paylaşdıqları videomateriallara diqqət yetirdikdə, kifayət qədər böyük insan kütləsinin bələdiyyə binası qarşısına yönləndirilməsi və hadisənin məhz bu istiqamətdə cərəyan etməsi müəyyən suallar doğurur.

Zakir Fərəcon bələdiyyə sədrinə niyə qəzəblidir?

Ən sadə və məntiqli sual isə budur: İnsan necə ola bilər ki, əmək müqaviləsi ilə çalışmadığı, əməkhaqqının ödənilməsinə görə hüquqi və maliyyə öhdəliyi daşımayan bir qurumdan əməkhaqqı tələb etsin? Bu qədər insanın heç olmasa bir nəfəri belə özünə sual verməyibmi ki, biz əməkhaqqımızı hansı qurumdan alırıq, işə qəbulumuz hansı təşkilat tərəfindən həyata keçirilib və əmək münasibətlərimiz kiminlə rəsmiləşdirilib? Axı söhbət Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçilərindən gedir. Onların əməkhaqqının ödənilməsi ilə bağlı məsuliyyət də müvafiq işəgötürən qurumun üzərinə düşür. Bəs elə isə əməkhaqqı tələbinin ünvanı niyə bələdiyyə olmalıdır? Bəli, bunlar kifayət qədər düşündürücü suallardır.

Baş vermiş olay və onun pərdəarxası məqamları ilə bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, etiraz gerçəkdən süni şəkildə istiqamətləndirilib və hədəf Sumqayıt bələdiyyəsinin rəhbərliyidir: "Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov bələdiyyə sədri Adil Xudadqatovun "qələmini qırıb"  və bu səbəbdən əslində icra başçısının yaxın qohumunun rəhbərlik etdiyi qurumun işçilərinin etirazı bələdiyyəyə qarşı yönəlib. Hətta işçilərim maaşının da qəsdən-yəni bu etirazı təşkil etmək üçün yubadıldığını ehtimal etmək olar". Mənbəmiz icra başçısı ilə bələdiyyyə sədrinin arasındakı konfliktlə də bağlı maraqlı iddialar səsləndirib: "Adil Xudadatov Zakir Fərəcovun sevimli kadrlarından olub. Amma son vaxtlar icra başçısının vəzifədən alınacağı şayiələrinə inanan bələdiyyə sədri öz rəhbərinə sədaqətində qüsurlara yol verib və bir neçə dəfə dar çərçivədə oklan söhbətlərdə ona qarşı ifadələr işlədib. Bu münasibət və edilən söhbət isə heç nəyi bağışlamayan Zakir Fərəcovu qəzəbləndirib".

Yeri gəlmişkən, Adil Xudatatovun keçmişi ilə bağlı da ciddi iddialar var. Bununla bağlı cumhuriyyet.az olaraq ölkə mediasında yer alan məlumatlara əsasən bildirir ki, bir vaxtlar “Kamaz” markalı yük maşınının sürücüsü olan sözügedən şəxs gözlənilmədən Abşeron İcra Hakimiyyətində yüksək vəzifəyə gətirilib. Təbii ki, həmin vaxt rayonun icra başçısı olan Zakir Fərəcovun dəstəyi sayəsində. Lakin bu dəstəyin ona hansı səbəbdən və məqsəddən dolayı verildiyi məlum deyil.

Abşeron macəraları və Sumqayıta transfer

Xudadatov Abşerona Memarlıq Şöbəsinə rəhbərlik edərkən, çıxmadığı oyun qalmayıb. Onun Zakir Fərəcovun “kassiri” olduğunu deyənlər də az olmayıb. Çünki Abşeron rayonunda daş-daş üstünə qoyan şəxs mütləq Adil Xudadatovu görməliydi, əks təqdirdə, qoyulan daş sahibinin başına partlamış olardı. A.Xudadatovun vəzifəyə gətirilməsinin maraqlı tarixçəsi ilə bağlı məlumat daxil olub. Zakir Fərəcov Abşeronda icra başçısı işlədiyi dönəmdə bu şəxsi Memarlıq şöbəsində vəzifəyə gətirmişdi. Lakin bir müddət keçəndən sonra Adil Xudadatov başçının qəzəbinə gəldi və həbs edildi. Sakinlərin bildirdiyinə görə Zakir Fərəcovun onu həbs etdirməsi şəxsi münasibətləri ilə bağlı olub. Adil Xudadatovla qeyri-rəsmi qohum olan icra başçısı istəyinə çatandan sonra onu həbsdən azad edib və Sumqayıt İcra Hakimiyyətində mühüm vəzifə ilə təmin edib.

İcra başçısı olmaq xülyası

Hazırda davam edən rəsmi olmayan qohumluq münasibətləri Zakir Fərəcovu qane etdiyindən Adil Xudadatov şəhərdə söz sahibi hesab olunur. Daha sonra keçmiş “Kamaz” sürücüsünün bəxti ona sonradan yenə yar olub. Məsələ belədir ki, Zakir Fərəcovla araları düzələndən sonra bu dəfə o, Sumqayıt İcra Hakimiyyətin başçısının müavini təyin edilir. Lakin bu postda onun cəmi bir ay duruş gətirdiyi deyilir. Hansısa hadisə baş verdiyindən Xudadatov vəzifədən çıxarılır. Amma işsiz qalmır. Bu dəfə onu Zakir Fərəcov Şəhər İcra Hakimiyyətinin Memarlıq Şöbəsinin başına keçirir. Maraqlıdır ki, sözügedən şəxs bu postda da uzun müddət qala bilməyib. Belə ki, Arxitektura Komitəsinin iradlarından və nöqsanlardan sonra Xudadatov yanvar ayının əvvəlindən tutduğu vəzifədən azad edilərək, cərimələnib. Və həmin vəzifəyə, yəni baş memar vəzifəsinə şəhər Arxitektura Komitəsi Babək Hüseynovu təyin edib. Çıxılmaz vəziyyətdə qalan Zakir Fərəcov Xudadatovu tikinti şöbəsinə müdir təyin edib. Bu dəfə isə Xudadatov işi daha da böyüdərək, koronavirusdan pul qazanmağa başlayıb. Sumqayıtdan verilən məlumata görə, şöbə müdiri şəhərdə fəaliyyət göstərən iş adamları, sahibkarları, tikinti ilə məşğul olanları məcburi qaydada pul köçrməyə cəlb edir. Yəni, onları məcbur edir ki, koronavirusla bağlı müxtəlif hesablara pul köçürsünlər.

Xudadatov bütün bunlara rəğmən, hər yerə səs salıb ki, tezliklə daha samballı vəzifəyə təyinat alacaq. Daha doğrusu, özü deyir ki, yaxın vaxtlarda rayonlardan birinə icra başçısı gedəcək. Görəsən, “Kamaz” sürücüsünü niyə icra başçısı qoysunlar ki?

Diplom müəmması

Ən maraqlı məqam yazının əvvəlində qeyd etdiyimiz diplom məsələsi ilə bağlıdır. Adil Xudadatovun şəxsi işində onun iki ali məktəb bitirdiyi qeyd olunub. Maraqlıdır ki, hər iki ali məktəb Rusiyada fəaliyyət göstərir. Onlardan biri də Dağıstandakı “universitet” hesab olunur. Maraqlıdır ki, “Kamaz” sürücüsü olan bir şəxs qısa müddətdə iki ali məktəbi necə bitirə bilib? Yəni, Adil Xudadatov o qədər istedadlı və vunderkind biridir ki, bir universitetlə kifayətlənməyib, ikincisində də oxumağa nail olub? Hər halda bunlar açıq suallardır. Təbii ki, bizim Adil Xudadatovun diplomunun saxta olub, olmadığını müəyyən etmək imkanımız yoxdur. Bunu Təhsil Nazirliyi və əlaqəli qurumlar araşdırmalıdırlar. Hər halda ölkənin üçüncü ən böyük şəhərində önəmli postlardan birini tutan şəxsin saxta diplomlu olub, olmaması ciddi məsələdir.

Milyonluq kapital

A.Xudadatovun fəaliyyəti onun zəngin bir adama çevrib. İddia olunur ki, o, özünün və yaxınlarının adına rəsmiləşdirilmiş milyonluq daşınmaz əmlaklara sahibdir. Şikayətçilər A. Xudadatova məxsus olan obyektlərin siyahısı və fotoları ölkə mediasında yayılıb.Onların bəzilərini təqdim edirik:

1. Bakı şəhəri, 28 may küçəsi, “Neptun” marketin üstündə yerləşən mənzillər;

2. AAFF Yaşayış Kompleksində mənzillər;

3. Sumqayıt şəhəri, 21-ci məhəllədə villalar;

4. Sumqayıt Memarlıq İdarəsinin qarşısındakı 14 mərtəbəli binanın yaxınlığında yeni tikilən 4 mərtəbəli bina

5. Yenə eyni ünvanda “Repaprik Pab” (icarədə);

5. Yenə eyni ünvanda “Repaprik Pab” (icarədə);

6. 43-cü məhəllədə “Kammet” klinikasının yanında tikilməkdə olan 5 mərtəbəli bina;

7. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən mebel mağazası (icarədə);

8. Sumqayıt şəhəri, 6-ci mikroraryon yerləşən “Taxılçı” restoranı və onun yanında “Təndir evi” (icarədə);

9. Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən bir neçə mağaza;

10. Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən “5 fəsil” adlanan 4 mərtəbəli qeyri-yaşayış sahəsi…



Xəbərin oxunma sayı : 79




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap