“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Xəzərin suyunun duzsuzlaşdırılması üçün zavod hansı şəhərdə tikiləcək? - Detallar

Tarix 28.11.26, 10:25

Font ölçüsü : - / +
bitmap-img6


Xəzər dənizinin suyunun duzsuzlaşdırılması Azərbaycanda içməli su təminatının yaxşılaşdırılması baxımından nəzərdə tutulan mühüm layihələrdən biridir.

AzFakt.com Baku.ws-ə istinadla xəbər verir ki, iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və artan tələbat fonunda bu təşəbbüsün reallaşdırılması xüsusi aktuallıq qazanıb.

Layihənin hazırkı vəziyyəti, həyata keçirilməsi üçün görülən işlər və prosesin hansı müddətdə başa çatdırılacağı isə ictimaiyyət üçün maraq doğuran əsas məsələlərdəndir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi üzrə hazırlıq və layihələndirmə işləri davam etdirilir:

"Su paylayıcı infrastruktura yaxınlıq nəzərə alınaraq layihə üçün Sumqayıt şəhəri ərazisi məqsədəuyğun hesab edilib (bu ərazi 29.63 ha sahəni və sahil zolağını əhatə edir). Qeyd olunan ərazi İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin balansındadır. Duzsuzlaşdırma zavodunun illik istehsal gücü 100 milyon m³ təşkil edəcək ki, bu da Abşeron yarımadasının hazırkı su tələbatının 20%-ni təşkil edəcək.

2026-2028-ci illər ərzində Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər magistral kəmərin tikintisi də nəzərdə tutulub. Qeyd edək ki, layihənin müddəti 27.5 il təşkil edir (2.5 il tikinti, 25 il istismar)".



Xəbərin oxunma sayı : 79




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap