“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

İranın 7 şərti yerinə yetirilmədən ABŞ ilə danışıqlar başlamayacağıq - Qalibaf

Tarix 24.11.26, 13:12

Font ölçüsü : - / +
bitmap-img6


Tehran dəniz blokadasının aradan qaldırılmasını, Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsini və sanksiyaların ləğvini tələb edir.

AzFakt.com xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehranın irəli sürdüyü yeddi şərt yerinə yetirilmədən ABŞ ilə danışıqların başlanmayacağını və bu istiqamətdə heç bir addım atılmayacağını bəyan edib.
“Daha əvvəl də bildirdiyimiz kimi, İranın yeddi şərti yerinə yetirilməyənə qədər heç bir addım atılmayacaq və heç bir danışıqlar aparılmayacaq”, deyə Qalibaf bildirib.

İran parlamentinin sədri ölkəsinin ABŞ-nin mümkün hücumlarına cavab verməyə hazır olduğunu da vurğulayıb.

“Əgər düşmən səhvə yol versə, biz müharibənin coğrafiyasını dəyişmək də daxil olmaqla, qətiyyətli cavab verməyə hazırıq”, deyə o qeyd edib.

Tehranın irəli sürdüyü tələblər arasında dəniz blokadasının aradan qaldırılması, ticarət və neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin edilməsi, İrana qarşı birtərəfli sanksiyaların ləğvi, neft ixracı üçün Tehrana xüsusi istisnanın verilməsi və dondurulmuş aktivlərin azad edilməsi yer alır.

İranın digər tələbləri isə bütün cəbhələrdə müharibənin dayandırılması və regionda hərbi əməliyyatlara son qoyulması ilə bağlıdır.



Xəbərin oxunma sayı : 55




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap