“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Valideynlərə yeni aliment öhdəliyi: Ödəyə bilməyənləri nə gözləyir?

Tarix 28.11.26, 18:39

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda aliment ödənişlərinin müddətinin uzadılması məsələsi yenidən gündəmə gəlib. Millət vəkili Məlahət İbrahimqızı ali təhsil müəssisələrində əyani təhsil alan övladlara aliment ödənişlərinin 23 yaşınadək davam etdirilməsini təklif edib. Deputatın fikrincə, valideynlərin nikahı pozulduqdan sonra övladın ali təhsil alması onun maddi təminat ehtiyacını aradan qaldırmır. Bu baxımdan, aliment öhdəliyinin əyani təhsil alan övladlara münasibətdə 23 yaşadək uzadılması məqsədəuyğun olardı.

Təklif cəmiyyətdə müzakirələrə yol açıb.

Bəs bu təşəbbüsün hüquqi əsasları nədir? Belə bir dəyişiklik qəbul olunarsa, aliment ödəyən valideynlərin hüquq və öhdəlikləri necə tənzimlənəcək?

EKREM.jpg (30 KB)

Hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı Musavat.com-a danışıb:

"Ümumiyyətlə, bilirik ki, hazırda aliment öhdəliyi uşağın 18 yaşına qədər davam edir. Bu, bir qayda olaraq, boşanmadan sonra uşağın himayəsində qaldığı valideynə digər valideynin aliment ödəməsini nəzərdə tutur. 18 yaşı tamam olan uşaq artıq hüquqi baxımdan valideyn himayəsində hesab edilmir. Bəs bu halda niyə alimenti yalnız bir valideyn ödəməlidir? O zaman hər iki valideynin övladın saxlanılmasında iştirak etməsi məsələsi ortaya çıxır. Üçüncü sual isə bu öhdəliyin hansı tələbələrə şamil ediləcəyi ilə bağlıdır. Yalnız əyani təhsil alanlara, yoxsa qiyabi və distant təhsil alanlara da? Ödənişli və ödənişsiz əsaslarla oxuyanlar arasında fərq qoyulacaqmı? Göründüyü kimi, bu təklif ətrafında kifayət qədər çox sual yaranır. Əlbəttə, bütün bunları qanunvericiliklə tənzimləmək mümkündür. Amma şəxsən mən bu təklifin əleyhinəyəm. Çünki bu gün Azərbaycanda hətta 18 yaşına çatmamış uşaqlara görə alimentin ödənilməsində ciddi problemlər var. Bəzi hallarda valideynin həqiqətən ödəmə imkanı olmur, digər hallarda isə bilərəkdən ödənişdən yayınır. Lakin nəticədə elə vəziyyət yaranır ki, formal olaraq da olsa, valideynin ödəmə qabiliyyəti olmur. Bu sahədə ciddi problemlər mövcuddur. Bəzi atalar hətta həbs edilir. Halbuki həmin şəxslər ödəmək imkanlarının olmadığını bildirirlər. Belə bir vəziyyətdə valideynlərin üzərinə əlavə öhdəlik qoyulmasını yersiz hesab edirəm. Əslində, dövlət öz üzərinə düşən sosial təminat öhdəliyini valideynlərin üzərinə qoymağa çalışır. Məsələn, SSRİ dövründə tələbələrə elə təqaüd verilirdi ki, həmin vəsaitlə dolanmaq mümkün idi. Bu gün isə dövlət tərəfindən verilən tələbə təqaüdü ilə dolanmaq mümkün deyil. Belə çıxır ki, dövlət deyir: mən bu təminatı verə bilmirəm, qoy, valideyn övladını təhsilini başa vurana qədər dolandırsın. Düzdür, bu gün də əksər valideynlər imkanları daxilində, hətta öz ehtiyaclarından kəsərək övladlarının təhsil almasına dəstək olurlar. Amma bu, onların mənəvi borcudur. İndi isə həmin öhdəliyin qanunla məcburi şəkildə üzərlərinə qoyulması, bunu yerinə yetirə bilmədikləri halda isə həbs təhlükəsi ilə üzləşmələri başqa məsələdir.

Başqa bir məqama da diqqət yetirək: bu gün valideynlər bəzən mövcud alimenti belə ödəyə bilmirlər və nəticədə illərlə aliment borcu yaranır. Belə olan halda, övlad ali təhsil aldığı müddətdə valideynin ödəmə imkanı olmasa, nə baş verəcək? Həmin valideyn dərhal ödəniş etməlidir? Əks halda, təklif müəlliflərinin yanaşmasına görə, uşaq təhsilini davam etdirə bilməyəcək?

Hesab edirəm ki, əsas məsələ valideynlərin üzərinə əlavə aliment öhdəliyi qoymaq deyil. Dövlət elə bir təqaüd sistemi yaratmalıdır ki, tələbə aldığı təqaüdlə özünü təmin edə və ali təhsilini davam etdirə bilsin".



Xəbərin oxunma sayı : 55




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap