| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
ATMU-da nə baş verir? - Universitet rəhbərliyi araşdırmaya başladı
Tarix 27.11.26, 12:06 |
|
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tədrisin təşkili, müəllimlərin fəaliyyəti, qiymətləndirmə prosesi və infrastrukturla bağlı tələbələrin şikayətləri gündəmə gəlib.
KONKRET.az-ın redaksiyasına daxil olan müraciətlərdə bəzi müəllimlərin dərslərə gecikdiyi, dərsləri vaxtından əvvəl başa vurduğu, semestrin sonuna yaxınlaşmasına baxmayaraq, bəzi fənlər üzrə müəllimlərin hələ də müəyyənləşdirilmədiyi iddia olunub. Həmçinin tələbələrin şikayətlərinə lazımi diqqət göstərilmədiyi, auditoriyaların və sanitar qovşaqların vəziyyətinin qənaətbəxş olmadığı bildirilib.
Müraciətlərdə dərslərin zirzəmi şəraitində keçirilməsi, tələbələrin bəzi fənlərdən məqsədli şəkildə kəsilməsi, yay məktəbləri vasitəsilə əlavə ödənişlərə cəlb olunması və magistrantlardan elmi işlərin hazırlanması üçün qeyri-rəsmi ödəniş tələb edilməsi ilə bağlı iddialar da yer alıb. Universitetin yubiley tədbirində tələbələrin iştirakına məhdudiyyət qoyulması da narazılıq doğuran məsələlər sırasında göstərilib.
Məsələ ilə bağlı KONKRET.az-ın sorğusuna cavab olaraq Azərbaycan Turizm və Menecment Universitetindən bildirilib ki, tədris ili başlamazdan əvvəl bütün kafedralar üzrə dərs yükünün bölgüsü yekunlaşdırılaraq təsdiqlənir. Universitetin açıqlamasına görə, bu prosesə hələ may ayından başlanılıb və hazırda bütün fənlər üzrə müəllim heyəti müəyyənləşdirilib.
Qeyd olunub ki, əməkdaşların xəstəliyi və ya ezamiyyəti kimi obyektiv səbəblərdən dərs cədvəlində dəyişiklik yarandıqda, həmin saatlar digər ixtisaslı müəllimlər tərəfindən əvəz olunur və ya sonradan bərpa edilir.
Universitet müəllimlərin fəaliyyətinə və tədrisin keyfiyyətinə nəzarətin prorektorlar, Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi, Tədris şöbəsi, dekanlıqlar və kafedralar tərəfindən həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, tələbələr arasında anonim sorğular keçirilir, açıq dərslər təşkil olunur və mütəmadi monitorinqlər aparılır.
ATMU-dan əlavə edilib ki, 2024-cü ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən universitetdə monitorinq keçirilib və ali təhsil müəssisəsi akkreditasiya komissiyasından yüksək qiymət alıb. Cari ilin noyabr ayında isə universitetdə akkreditasiyanın ilkin monitorinqi aparılıb.
Tələbələrin şikayətlərinin nəzərə alınmaması və müraciət edənlərə təzyiq göstərilməsi ilə bağlı iddialara münasibətdə universitet rəhbərliyi bildirib ki, tələbə məmnuniyyəti və şəffaflıq əsas prioritetlərdəndir. Açıqlamada hər bir tələbənin fikrini sərbəst ifadə etmək və müraciət etmək hüququnun təmin olunduğu, şikayət edən tələbələrə qarşı təzyiq və ayrı-seçkiliyin yolverilməz olduğu qeyd edilib.
Universitetin məlumatına görə, tələbələrin müraciətləri Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi, eləcə də Ümumi şöbə tərəfindən qəbul edilir. Elektron müraciət sistemi və rəhbərliyin qəbul günləri vasitəsilə daxil olan şikayətlər araşdırılır.
İnfrastrukturla bağlı məsələlərə toxunan ATMU nümayəndələri bildiriblər ki, 2024-2025-ci tədris ilində auditoriyalarda və sanitar qovşaqlarda cari təmir-tikinti işləri aparılıb. İşlər dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq tender yolu ilə seçilmiş podratçı şirkətlər tərəfindən icra edilib, keyfiyyətə isə universitetin Təsərrüfat və texniki təchizat şöbəsi nəzarət edib.
Universitetin üçüncü korpusunun da layihələndirildiyi, hazırda Dövlət Turizm Agentliyi tərəfindən həmin binanın layihə-smeta sənədlərinin hazırlanması prosesinin davam etdiyi bildirilib. Qeyd olunub ki, hazırda binada dərslər keçirilmir və onun növbəti tədris ilində istifadəyə verilməsi gözlənilir.
Dərslərin zirzəmidə keçirilməsi ilə bağlı iddiaları isə universitet qəbul etməyib. Açıqlamada aşağı mərtəbədə yerləşən otaqların tam pəncərəli, təbii işıqlandırmaya malik tədris auditoriyaları olduğu, istilik və işıqlandırma sistemləri ilə təchiz edildiyi, sanitariya-gigiyena norma və standartlarına cavab verdiyi vurğulanıb.
Tələbələrin məqsədli şəkildə imtahanlardan kəsilməsi və qeyri-rəsmi ödənişlərə cəlb olunması barədə iddiaları əsassız adlandıran universitet rəhbərliyi imtahanların yazılı və ya test üsulu ilə, elektron kodlaşdırma sistemi əsasında keçirildiyini bildirib. Bu sistemin subyektiv müdaxiləni istisna etdiyi qeyd olunub. İmtahan nəticələrindən narazı qalan tələbələrin müraciət edə bilməsi üçün Apellyasiya Komissiyasının fəaliyyət göstərdiyi də diqqətə çatdırılıb.
Magistrantlardan elmi işlərin hazırlanması ilə bağlı qeyri-rəsmi ödəniş tələb edilməsi iddiaları da universitet tərəfindən təkzib olunub. Yay məktəblərinin isə tələbələrin müraciət və istəkləri əsasında təşkil edildiyi bildirilib. Tələbə sayı qrup formalaşdırmaq üçün kifayət etmədikdə onların digər universitetlərin yay məktəblərində iştirakının təmin olunduğu qeyd edilib.
Universitetin yubiley tədbirində tələbələrin az sayda iştirak etməsi ilə bağlı narazılıqlara cavab olaraq bildirilib ki, tədbirin keçirildiyi zalın tutumu və rəsmi protokol qaydaları nəzərə alınaraq fakültələri təmsil edən Tələbə Gənclər Təşkilatının, Tələbə Elmi Cəmiyyətinin, Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəalları və məzunlar dəvət olunub. Bununla yanaşı, yubiley ili çərçivəsində bütün tələbələrin iştirakı üçün silsilə mədəni-kütləvi tədbirlərin təşkil edildiyi vurğulanıb. İyul ayında Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə universitetin 20 illiyinə həsr olunmuş “TurizmLab” yay düşərgəsinin keçirildiyi də bildirilib.
Universitet rəhbərliyinin göstərişi ilə səsləndirilən iddiaların araşdırılması və mövcud vəziyyətin yerində yoxlanılması üçün müvafiq struktur bölmələrinə tapşırıqlar verilib. Hər hansı neqativ hal aşkar olunacağı təqdirdə məsələyə hüquqi və inzibati qaydada baxılacağı, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
Xəbərin oxunma sayı : 55
Sosial
Xəbərlər
-
Messi həmin matçda oynayacaq - Ronaldo hələ cavab verməyib
-
“Prezident İlham Əliyevə söz vermişdim ki...“ - Estoniya XİN rəhbəri Bakıda nələr dedi?
-
ATMU-da nə baş verir? - Universitet rəhbərliyi araşdırmaya başladı
-
Büdcəni razılaşdıra bilmirlər - Liderlər 2 düşərgəyə bölündü
-
Putinə verilən suallar süni intellektlə hazırlanır - Peskov açıqladı
-
Vahid Ələkbərovun şirkəti “Şahdəniz“dən çıxır - Nə baş verir?
-
Doğuş zamanı körpə öldü, həkim sənədləri saxtalaşdırıb - Ali Məhkəmədən qərar
-
Prezident Estoniya XİN rəhbərini qəbul etdi - FOTOLAR
-
Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ
-
“Tanqo üçün iki nəfər lazımdır” - Trampdan sülh mesajı
-
Bakıda yumurta çörək qiymətinə satılır - VİDEO
-
Avropaya vizasız gedə biləcəyik? - Azərbaycan üçün yeni imkan
-
Tanınmış aparıcının evinə 15 nəfərlik basqın: Saxlanılan şəxsin kimliyi məlum oldu - VİDEO+FOTO
-
Neft oğurluğu yüksək vəzifəlilərin başını yeyəcək - Müşavir
-
Binanın həyətində su anbarının üst paneli çöküb - TƏHLÜKƏ/VİDEO
-
Xətai rayonunda binanın bir bloku istiliksiz qalıb - Səbəb nədir?/VİDEO
-
Artıq ödənilmiş tibbi sığorta haqları bu qayda ilə geri qaytarılacaq - VİDEO
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Tramp Rutte ilə görüşdü - Ukrayna və İranı müzakirə etdilər
-
Ata evi uğrunda bacı-qardaş savaşı: Qanun nə deyir?
-
Mətbuat Şurasının bəyanatı - media üçün ictimai məsuliyyət və həssaslıq çağırışı
-
İtaliya hələlik Aİ-nin çoxillik büdcəsini dəstəkləməyəcək - Meloni
-
Qaradağda narkotik əməliyyatı keçirilib - VİDEO
-
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi verirdi - Saxlanıldı
-
Məhkəmə qərarı var, amma ev boşaldılmır: 30 illik qalmaqal
-
Şirkət rəhbəri həbs olundu - Hovuzlu evlər vəd edirdi...
-
Vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Nüfuz alverində təqsirləndirilirlər
-
Ermənistanda məhkəmə Nəsimi Musayevin həbs müddətini uzatdı - 3 ay
-
Bazarı bürüyən təhlükəli toyuqlar - Məşhur firma da satırmış...
-
Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - FOTO
-
“Minlərlə insan evə qayıdacaq” - Ən böyük əsir mübadiləsinin vaxtı açıqlandı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Sərdar gözünün içinə qədər yalan deyir, Siyavuş da bilir!“ - Sabir Rüstəmxanlı
-
İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama
-
Bağçalarda çalışanlara vacib xəbər - İmtahanın vaxtı dəyişdi
-
AQTA-nın yararsız məhsul tapdığı restoranda nazirlik şam yeməyinə 4 min manat xərcləyib - İLGİNC
-
Sabiq hakim 4 696 manatlıq pensiyasından narazıdır - Məhkəmə qərarı
-
Bakıda 155 min manatlıq oğurluq - Tanınmış şirkətin əməkdaşları həbs olundular
-
Eldar Əzizovun nazir müşaviri olan oğlu Bakıda yeni obyekt açıb - FOTO
-
Tələbələr Məleykə Abbaszadədən yardım istədi: “Buna güclə dözürük”
-
Qusarda tenderlərin dəyişməyən qalibi - “Biznes Klas“a yeni sifariş
-
Namizəd Səfərova hökm oxundu - 7 il müddətinə azadlıqdan məhrum edilib
-
Türkiyədə müğənni həbs edildi - 9 məşhurun ölkədən çıxışına qadağa qoyuldu
-
Bu məktəblərin direktorları dəyişdi - TAM SİYAHI
-
Vilayət Eyvazov Masallıda qəbul keçirəcək - Bu tarixdə
-
Sərxoş halda komando hərbçisini vurub öldürmüşdü - Bu cəzanı aldı
-
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
-
Tehrana xüsusi status verilir - İran ilk ölkə ola bilər
-
Avropada böyük müharibəyə hazırlıq: 100 min hərbçiyə məktub göndərildi
-
“Onları heç vaxt bağışlamayacağam“ - Tünzalə Ağayeva
-
Mənzilə eyvandan daxil olaraq 7 yaşlı uşağı xilas etidlər - VİDEO
-
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistana getdi – Fotolar
-
Kafedə hesab üstündə dava - 28 yaşlı oğlan bıçaqlandı
-
Müəllim olmaq istəyənlərin nəzərinə: Vakant yer seçiminin nəticələri bilindi
-
Ali məktəblərə qəbulda vahid yanaşma - Test sistemi təkmilləşdirilməlidir
-
Konqres Pentaqona pul vermək istəmir - Ağ Evdə böyük təlaş
-
Bakıda yeni yol tikintisi üçün evlər söküləcək - VİDEO
-
Azərbaycan nefti bahalaşdı - Yeni qiyməti
-
Temperaturda tarixi rekord - Dünya həmin həddi keçdi
-
Putinin Vaşinqtona verdiyi söz üzə çıxdı – Kuşner detalları açıqladı
-
Regionlar işsiz, Bakı yüklənir - 84 faizlik statistika nəyi göstərir?
-
Hər daşının, qayasının altında bir tarix yatan ulu diyarımız
-
Abadlaşan və gözəlləşən Kəlbəcər xoşbəxt gələcəyə doğru inamla addımlayır
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Çempionlar Liqası: “Sabah“ Bakıda “Barselona“ya uduzdu
-
Maskın “Starmind“ planı təsdiqləndi: Orbitə 1 milyon peyk çıxarılır
-
Talıbova yüksək vəzifə verildi - Aparat rəhbəri təyin olundu
-
Varşavadan NATO-ya sensasiyalı təklif: Rusiya raketləri Ukrayna səmasında vurulsun
-
Azərbaycanlı milyarderin qurduğu biznes satılır - 16 milyard dollarlıq
-
Mağazasının qarşısında tullantı yandırdı, 2500 manat cərimələndi - Günahı qonşusunun üstünə atdı
-
Şirvan xəstəxanasında xəstəyə kobud münasibət: “Əziyyət çəkirsinizsə, gəlməyin bura!”
-
1 milyonluq yeyintinin əmri kimdən gəlib? - “Rəhbərliyin tapşırığını icra edib“
-
Bu yaxınlarda cərimələnən “Vibrostone” böyük məbləğdə borclandı - DETALLAR
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
-
Azərbaycanda “Temu“ya qarşı aparılan araşdırma yekunlaşdı - Nəticə
-
Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb - Fotolar
-
Paşinyanın Moskvaya səfərinə hazırlıq gedir - Peskov təsdiqlədi
-
Abşeron rayonunda bu yollar təmir olunacaq - 2,8 MİLYONLUQ İŞ
-
Məhkəmə rüsumları 4 dəfə azaldılır - Kollegiya sədri
-
400 ton yararsız toyuq ətinə görə 10 il həbs cəzası verilə bilər - Vəkil
-
Avtomobilləri qarət edib özünə “iPhone 18“ aldı - Bakıda ŞOK
-
25 Noyabr Kəlbəcər Şəhəri Günü şanlı tariximizin qürurverici səhifəsidir
-
Sabiq nazirin oğlu Londonda 10 milyonluq bina alıb - icarəçisi məşhur brenddir
-
“Nio ET 5“ 18 min, “Toyota Camry“ 18 300 manat - Hərracda daha 18 maşın satıldı
-
Azərbaycan və Litva strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı - Fotolar
-
Bakının mərkəzində növbəti tarixi abidə vandalizmi - Tanınmış memar etiraz etdi
-
İsveçrədən Özbəkistana 252,5 milyon dollarlıq jest - Kərimovanın aktivləri geri qaytarılır
-
AFFA məşqçiləri cəzalandırdı - klubları isə cərimələdi
-
Mövlam Şıxəliyevin daha bir əmlakı hərraca çıxarıldı: Qiyməti 250 mindir (FOTO)
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü - 652 bal toplamışdı...
-
Hacıqabulda 62 yaşlı kişi öldürüldü - Kürəkəni tutuldu
-
Bakıdan gedən Özcan Deniz saxlanıldı - Siyahıda Deniz Çakır da var
-
Prezidentdən xarici ölkələrə ixracla bağlı - FƏRMAN
-
İslam Rzayevin əmlaklarına həbs qoyuldu - SİYAHI
-
Nazir bu xanıma yüksək vəzifə verdi - ƏƏSMN-də təyinat + FOTO
-
Azərbaycan internetin sürətinə görə neçəncidir? - REYTİNQ
-
“Toylar kralı“ mübahisəsi: Nadir Qafarzadə Manaf Ağayevə cavab verdi
-
Azərbaycanda ixrac gəlirlərinə nəzarət gücləndirilir - Prezident gömrüyə tapşırıq verdi
-
Bağça müəllimlərinin işə qəbulu başlayır - Bir həftə vaxt var
-
Kamaləddin Qafarovun ətrafında narazılıq: şirkətdə əsas söz sahibinin katibəsi olduğu iddia edilir
-
Azərbaycan-Litva münasibətlərində yeni mərhələ: 45 sənəd, 50 milyonluq investisiya
-
Bellinqemdən fantastik, Vinisiusdan aylar sonra qol - VİDOE
-
Prezident Fərman imzaladı:Yeni Mərkəz yaradıldı
-
Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq - Sabahın havası
-
İnformasiya və rabitə xidmətlərinin dəyəri ən yüksək olan 10 iqtisadi rayon - SİYAHI
-
“ASAN xidmət”in Pakistanda tətbiqi genişləndirilir - Fotolar
-
Prezident Litvanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
Tramp tələsir, Zelenski isə güzəştə getmir... - “Bu, Ukraynanın hesabına olmamalıdır“
-
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir
-
Azərbaycan, Gürcüstan və Ermənistanda sosial şəbəkə istifadəçiləri - Müqayisə
-
Vasif Talıbovun imzaladığı 50-yə yaxın Fərman - Ləğv olundu
-
Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir
-
“Sənədləri saxtalaşdırıb, malların dəyərini iki dəfə az göstəriblər” - İş adamından şikayət
-
Naxçıvanda bu qurum ləğv edildi - Cabbar Musayev qərar imzaladı
-
Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
-
Tramp Kim Çen Inla görüşə bilmir - Məktubunu da geri qaytarıblar
-
Epilepsiya xəstəsi olan qazinin 30 il aldığı müavinət niyə dayandırılıb? - VİDEO
-
“Giləzi-Quşçuluq” kompleksinin direktoru həbs olundu - Məhkəmədən qərar
-
Zelenski ilə Madyar voleybol oynayıb buzları əritdilər - VİDEO
TOP 10
ARXİV






