“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bu ərazilərdə söküntüyə hazırlıq gedir: Kompensasiya məsələsinə aydınlıq gətirildi - Video

Tarix 29.11.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Binəqədi rayonunun 7-ci mikrorayonunda, Bakı Qars küçəsinin ətrafında yerləşən yolkənarı obyektlərin nömrələnməsi ərazidə söküntü işlərinin aparılacağı ilə bağlı müzakirələrə səbəb olub.

AzFakt.com "Xəzər" TV-yə istinadla xəbər verir ki, bir neçə gün əvvəl obyektlərin üzərinə vurulan nömrələr sakinlər və sahibkarlar arasında müxtəlif ehtimalların yaranmasına səbəb olub. Onların bir qismi ərazidə mövcud yolun genişləndiriləcəyini, digərləri isə yeni yolun və ya parkın salınacağını ehtimal edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən şifahi şəkildə bildirilib ki, obyektlərin nömrələnməsi yol tikintisi layihəsinin ilkin mərhələsidir.

Məlumata görə, layihə çərçivəsində yaşayış komplekslərindən birinin Bakı Qars küçəsi ilə əlaqələndirilməsi məqsədilə avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulur.

Agentliyin açıqlamasına əsasən, təsdiqlənmiş layihəyə uyğun olaraq yol üçün ayrılmış zolağın sərhədləri müəyyənləşdirilir və həmin əraziyə düşən hər bir obyektə ayrıca inventar nömrəsi verilir.

Növbəti mərhələdə obyektlərin daxili və xarici ölçüləri götürülür, kadastr və qiymətləndirmə məlumatları müvafiq nömrələr əsasında sistemləşdirilir.

Əmlakın alınması, kompensasiyaların ödənilməsi və söküntü işlərinin aparılması ilə bağlı məsələlərin isə sonrakı mərhələlərdə rəsmiləşdiriləcəyi bildirilib.




Xəbərin oxunma sayı : 55




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap