“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Putinin Vaşinqtona verdiyi söz üzə çıxdı – Kuşner detalları açıqladı

Tarix 26.11.26, 9:16

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Trampın kürəkəni və danışıqlar üzrə nümayəndəsi Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə etməməyə razılıq verdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Kuşner bu barədə “Axel Springer” media qrupunun rəhbəri Matias Döpfnerlə söhbətində bildirib.

“Biz son dərəcə təhlükəli bir dövrdə yaşayırıq. Müharibə müəyyən mənada Ukrayna ilə məhdudlaşsa da, faktiki olaraq Avropanın Rusiyaya qarşı Ukraynanı maliyyələşdirdiyi və silahlandırdığı vasitəli müharibəyə çevrilib. Bir neçə yanlış hesablamanın genişmiqyaslı eskalasiyaya səbəb olması mümkündür. İndiyədək Putin təmkin nümayiş etdirib. O, nüvə silahından istifadə etməməyə razılaşıb və bizi əmin edib ki, belə bir niyyəti yoxdur”, – Kuşner bildirib.

Onun sözlərinə görə, Vladimir Putinlə uzun saatlar davam edən danışıqlardan sonra özü və Stiven Uitkoff ərazi məsələsinin müəyyən qədər dalana dirəndiyi qənaətinə gəliblər.

Kuşner həmçinin Putini “siyasətin qrossmeysteri” və “tarixi şəxsiyyət” adlandırıb.

O, Vaşinqtonun Ukrayna Prezidenti Volodimir Zelenskiyə heç bir təzyiq göstərmədiyini bildirib və öz rolunu vasitəçi kimi xarakterizə edib.



Xəbərin oxunma sayı : 136




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap