“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bu il tibbi xidmətlərin qiymətlərində artım baş verib - QİYMƏTLƏR

Tarix 27.11.26, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün tibbi xidmətlərin qiymətlərində artım müşahidə olunub.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, yanvar ayı ilə müqayisədə oktyabr ayında qiyməti ən çox artan tibbi xidmət reabilitasiya müəssisələri tərəfindən göstərilən sanatoriya-sağlamlıq xidməti olub. Bu xidmətin qiyməti 599,15 manatdan 635,76 manata yüksələrək 6,11% bahalaşıb.

Bundan başqa, dişin çəkilməsi xidmətinin qiyməti 5,7%, dişin müalicəsi xidmətinin qiyməti isə 4,8% artıb.

Məbləğ baxımından isə ən böyük artım cərrahiyyə əməliyyatı xidmətlərinin qiymətində qeydə alınıb. Belə ki, bu xidmətin orta qiyməti 1 354,6 manatdan 1 396,8 manata yüksəlib. Nəticədə cərrahiyyə əməliyyatı xidmətləri 42,2 manat və ya 3,12% bahalaşıb.
Məbləğ baxımından ikinci ən böyük artım reabilitasiya müəssisələri tərəfindən göstərilən sanatoriya-sağlamlıq xidmətində qeydə alınıb. Bu xidmətin qiyməti 36,6 manat və ya 6,1% artıb.

Siyahıda yer alan tibbi xidmətlərin oktyabr ayındakı orta qiymətləri və ilin əvvəlindən baş verən dəyişikliklər belə olub:
Terapevt xidmətləri – 19,20 manat (+3,84%);
Oftalmoloq xidmətləri – 23,94 manat (+2,22%);
Kardioloq xidmətləri – 21,53 manat (+2,97%);
Cərrahiyyə əməliyyatı xidmətləri – 1 396,79 manat (+3,12%);
Dişin çəkilməsi xidməti – 15,68 manat (+5,66%);
Dişin müalicəsi xidməti – 40,34 manat (+4,83%);
Diş protezi xidmətləri – 284,53 manat (+4,20%);
Tibbi müayinə (USM xidməti) – 26,77 manat (+2,72%);
Flüoroqrafiya xidmətləri –  20,77 manat (+2,47%);
Qanın ümumi analizi  – 12,28 manat (+0,90%);
Kompüter tomoqrafiyası xidmətləri – 82,34 manat (+1,03%);
Kardioqramma  – 14,76 manat (+1,79%);
Orta tibb işçiləri tərəfindən göstərilən xidmətlər – 2,77 manat (+1,09%);
Fizioterapiya xidmətləri – 9,45 manat (+1,39%);
Masaj xidməti – 12,40 manat (+2,31%);
Xəstəxana xidmətləri – 50,54 manat (+2,33%);
Reabilitasiya müəssisələri tərəfindən göstərilən sanatoriya-sağlamlıq xidməti – 635,76 manat (+6,11%).



Xəbərin oxunma sayı : 70




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap