“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bu evlər iqtisadiyyata milyonlarla manat zərər vurur - Əmlak amnistiyası GÜNDƏMDƏ

Tarix 27.11.26, 19:25

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında çıxışı zamanı sənədsiz evlərin və torpaq sahələrinin rəsmiləşdirilməsi üçün mərhələli əmlak amnistiyasının həyata keçirilməsini və vahid dövlət proqramının hazırlanmasını təklif edib.

O, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2015-ci il fevralın 6-dək verilmiş plan-ölçü sənədlərinin dövlət qeydiyyatı üçün əsas sayılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib, eyni zamanda, qeyri-yaşayış obyektlərinin rəsmiləşdirilməsi prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. Zahid Oruc Bakı və Abşeronda sənədsiz fərdi yaşayış evləri ilə bağlı araşdırmanın nəticələrinə diqqət çəkərək problemin sosial və iqtisadi tərəflərini qeyd edib, sənədsiz əmlakların inventarlaşdırılmasını, qeydiyyata yararlı olanların sadələşdirilmiş qaydada rəsmiləşdirilməsini, mühafizə zonalarında və təhlükəli ərazilərdə yerləşən tikililərin isə amnistiyadan kənarda saxlanılmasını təklif edib.

photo_321680.jpg (40 KB)

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Musavat.com-a şərhində öncə plan-ölçü sənədləri ilə bağlı məsələyə münasibət bildirib:

“Plan-ölçü sənədlərinin hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsi ilə bağlı Milli Məclisə təklif olunan qanun layihəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvindən, yəni 2006-cı ilin iyul ayından 2015-ci il fevralın 6-dək olan dövrdə verilmiş plan-ölçü sənədləri üzrə yeni qaydaların müəyyən edilməsini nəzərdə tutur. Burada söhbət ondan gedir ki, həmin sənədlər indiyədək hüquqmüəyyənedici sənəd hesab olunmurdu. Belə ki, müvafiq qeydiyyat orqanı – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi bu sənədləri hüquqmüəyyənedici sənəd kimi qəbul etmirdi. Lakin təklif olunan dəyişikliklərdən sonra həmin plan-ölçü sənədləri, yəni adətən kadastr sənədi və ya kadastr planı adlandırılan sənədlər artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün hüquqmüəyyənedici sənəd qismində əsas hesab olunacaq. İlkin olaraq bu cür sənədlərin sayı nə qədərdir və bununla bağlı nə qədər müraciət daxil olub? Hesab edirəm ki, bu barədə statistikanı və dəqiq rəqəmləri Reyestr Xidməti təqdim edə bilər. Lakin düşünürəm ki, bu sənədlərin sayı kifayət qədər çoxdur. Vətəndaşların əlində minlərlə belə sənəd var. Bu baxımdan, həmin sənədləşmə prosesinin müəyyən mənada təkmilləşdirilməsi daşınmaz əmlakın qeydiyyatı və torpaq sahələri üzərində hüquqların müəyyən edilməsi baxımından əhəmiyyətli qərardır. Eyni zamanda, bu, gələcəkdə həmin torpaq sahələrində inşa edilmiş tikililərin sənədləşdirilməsi üçün də əsas rolunu oynaya bilər”.

O ki qaldı amnistiya ilə bağlı məsələyə, ekspert hesab edir ki, əgər əmlak amnistiyasından söhbət gedirsə, bu proses yalnız qanunvericilik və ya texniki baxımdan sənədləşdirilməsi mümkün olmayan tikililəri istisna etməklə, digər fərdi yaşayış evlərinin vahid qərar əsasında və bir mərhələdə sənədləşdirilməsini nəzərdə tutmalıdır:

“Hesab edirəm ki, amnistiya aktı möhtərəm cənab Prezidentin fərmanı ilə qanunvericilik aktı olaraq tənzimlənə bilər. Həmin fərmanın icrası istiqamətində isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, eyni zamanda, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr bu prosesə qoşula və iştirak edə bilərlər. Sənədləşdirilməsi mümkün olan və olmayan tikililərə gəlincə, bu məsələlər, demək olar ki, aydındır. Hesab edirəm ki, mühafizə zolaqlarına düşən, vulkanik ərazilərdə yerləşən və aktiv mədən ərazilərində inşa edilmiş yaşayış evləri istisna olmaqla, digər fərdi yaşayış evlərinin sənədləşdirilməsi üçün heç bir ciddi və fundamental problem yoxdur. Bu qərarın hüquqi və iqtisadi baxımdan verə biləcəyi faydaya və səmərəyə gəlincə, hesab edirəm ki, hər iki istiqamətdə dövlət üçün ciddi fayda təmin edə bilər. Birincisi, vətəndaşların uzun müddətdir yığılıb qalmış pasport-qeydiyyat problemi öz həllini tapar. İkincisi, vətəndaşların bir sıra hüquqları – seçki, səhiyyə, təhsil, icbari sığorta və digər hüquqları bu qərar vasitəsilə təmin edilmiş və tənzimlənmiş olar. İqtisadi tərəfinə gəlincə, dövlət bu proses nəticəsində il ərzində milyonlarla manat vəsait itirir. Həmin əmlaklar qeyri-rəsmi şəkildə dövriyyədədir. Bu əmlakların qeyri-rəsmi dövriyyədə olması səbəbindən vergi daxilolmaları, notariat rüsumları, bələdiyyə vergiləri, əmlak vergiləri, eyni zamanda, təkrar qeydiyyat əməliyyatları üzrə dövlət hər il, mən deyərdim ki, 100 milyon manatdan artıq vəsait itirir. Bu baxımdan, hesab edirəm ki, sözügedən qərar iqtisadi cəhətdən də ölkə üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda, mövcud orta mənzil göstəricilərinin dəyişməsi, faktiki olaraq, ölkədə mənzil fondunun dəqiq uçotunun aparılması və ev təsərrüfatları ilə bağlı meydana çıxan yeni problemlərin həlli baxımından da bu, vacib bir qərar ola bilər”.



Xəbərin oxunma sayı : 64




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap