“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Şimali Kiprdə saxlanılan 3 azərbaycanlıya qarşı ittiham ağırlaşdırıldı - TƏFƏRRÜAT

Tarix 20.11.26, 23:05

Font ölçüsü : - / +
bitmap-img6


Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) avqustun 30-da baş verən “Filo Jet” gəmi qəzası ilə bağlı Girne Qəza Məhkəməsində keçirilən prosesdə 9 təqsirləndirilən şəxs 13-cü dəfə hakim qarşısına çıxıb.

AzFakt.com APA-ya istinadla xəbər verir ki, məhkəmədə şirkət direktoru Ali Özdülger, birinci kapitan Mustafa Öz, ikinci kapitan Merve Nur Seraslan, baş mexanik Zeki Öz, ikinci mexanik Metin Gül, həmçinin ekipaj üzvləri Sertan Erol, Azərbaycan vətəndaşları Qədir Quliyev, Valeh Hümmətov və Rəşad İbrahimov iştirak ediblər.

Əvvəlcə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə araşdırılan iş üzrə ittiham ağırlaşdırılıb.

Yeni ekspertiza rəyləri və əldə edilən sübutlar əsasında 9 nəfər barəsində qəsdən adam öldürmə ittihamı ilə istintaq aparılır.

Məlumata görə, gəminin batmasına səbəb olan əsas amillərdən biri təmir işləri ilə bağlı nöqsanlar olub.

Ekspertiza nəticəsində təmir zamanı uyğun olmayan materiallardan istifadə edildiyi və işlərin lazımi şəraitdə aparılmadığı müəyyən edilib.

İstintaq zamanı gəminin su keçirməyən qapılarının açıq olduğu, təmir işləri ilə bağlı elektron poçt yazışmalarının isə əldə edilməsində çətinlik yarandığı bildirilib.

Valeh Hümmətov məhkəməyə verdiyi ifadəsində hadisə zamanı gəmidəki bütün qapıların açıq olduğunu bildirib.

Rəşad İbrahimovun da gəmidəki fəaliyyəti və hadisə zamanı üzərinə düşən vəzifələri ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində 27 nəfər həlak olub, 1 nəfərin meyiti isə tapılmayıb.



Xəbərin oxunma sayı : 85




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap