“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər

Tarix 26.11.26, 12:49

Font ölçüsü : - / +
bitmap-img6


Saxta pasportdan istifadə etdiyinə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılan İran vətəndaşları həbs edilib.

AzFakt.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, özlərini Rumıniya vətəndaşı kimi təqdim edən 1992-ci il təvəllüdlü Andrey Popesku və 1995-ci il təvəllüdlü Yelena Popeskunun əslində İran vətəndaşları olması müəyyən edilib.

Onlar barəsində Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə iş açılıb.

Məlum olub ki, İran vətəndaşları olan ər-arvad 22 min avro ödəməklə saxta Rumıniya vətəndaşlığı pasportları alıb, ad-soyadlarını dəyişdirərək Andrey Popesku və Yelena Popesku ediblər. Onlar həmin pasportlarla Azərbaycana gələrək buradan Avropa ölkələrindən birinə getmək istəyiblər.

Hər 2 şəxs İrandan təyyarə ilə Bakıya gəlsələr də, nəzarət-buraxılış məntəqəsində saxlanılıblar. Araşdırmalarla onların Urmiyadan gələn İran vətəndaşları olduqları və saxta pasport əldə etdikləri məlum olub.

Faktla bağlı açılmış cinayət işinin materialları Xəzər Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə A.Popesku 1 il 7 ay, Y.Popesku isə 1 il 2 ay həbs cəzasına məhkum edilib.



Xəbərin oxunma sayı : 61




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap