| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Hər daşının, qayasının altında bir tarix yatan ulu diyarımız
Tarix 26.11.26, 7:00 |
|
25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi Azərbaycanın tarixinə, milli kimliyinə, dövlətçilik düşüncəsinə və suverenlik ideyasına qovuşan möhtəşəm simvolizmin ifadəsidir
Bu günün mahiyyəti yalnız bir təqvim tarixindən ibarət deyil, işğaldan azad olunmuş qədim bir yurdun yenidən dirçəlişinin, Qarabağ Zəfərinin strateji həlqələrindən birinin və Azərbaycan xalqının əzmkarlığının təntənəsi kimi əhəmiyyət daşıyır. Kəlbəcər təkcə təbiəti, relyefi, səfalı yaylaqları və zəngin mineral suları ilə seçilən diyar deyil. Bura həm də Azərbaycanın ən qədim yaşayış məkanlarından biri, türk sivilizasiyasının və Qafqaz tarixinin beşiklərindən biridir. Kəlbəcərin adı, mənşəyi, yarandığı coğrafiya və arxeoloji qatları bu torpağın 30 min ildən çox yaşı olan maddi-mədəni ənənələrin üzərində formalaşdığını göstərir. “Çay üstündə qala” mənasında işlənən “Kəlbəcər” toponimi bu cənnətməkanımızın hələ qədim dövrlərdə mühüm yaşayış və müdafiə məskəni olduğunu təsdiqləyir.
Tərtər çayı boyunca cərgə ilə düzülmüş süni mağaralar, minilliklərin sədasını yaşadan qayaüstü təsvirlər, qədim türk əlifbasının nümunələri, daş kultu abidələri, atəşpərəstlikdən xristianlığa, ordan isə İslam dövrünə qədər uzanan çoxqatlı tarixi mühiti bu bölgənin Azərbaycan tarixində yeri barədə heç bir şübhə yeri qoymur. Kəlbəcər ərazisində aşkar edilmiş arxeoloji tapıntılar həm Şimali Azərbaycanın, həm də bütövlükdə qədim türk etnosunun ilkin yayılma areallarından biri olduğunu sübut edir. Kəlbəcər Azərbaycanın ən sərt relyefə malik yüksək dağ bölgələrindən biri olaraq əsrlər boyu həm təbii qala, həm də yaşayış üçün əlverişli məkana çevrilib. Camışdağ və Dəlidağ kimi zirvələrin ucalığı, dərin dərələr, yaşıl meşələr və əlçatmaz dağ yolları bu ərazini strateji baxımdan həmişə xüsusi mövqedə saxlayıb. Yerləşdiyi coğrafi mühit Kəlbəcərin həm qədim tarixi dövrlərdə, həm də müasir geosiyasi proseslərdə əhəmiyyətini artırıb. Məhz bu üstünlüklərə görə Kəlbəcər tarixin müxtəlif mərhələlərində imperiyaların diqqətini çəkib, XX əsrdə isə Ermənistanın işğal siyasətinin əsas hədəflərindən biri olub.
1930-cu ildən rayon statusu daşıyan Kəlbəcər işğala qədər 53 mindən çox əhalisi, 145 kəndi və geniş inzibati ərazi vahidləri ilə Azərbaycanın ən böyük dağ rayonlarından biri idi. 1993-cü il işğalı isə bölgənin tarixində ən faciəli mərhələyə çevrildi. Yüzlərlə dinc sakin qətlə yetirildi, yüzlərlə insan itkin düşdü və ya əsir alındı, mədəniyyət ocaqları, məktəblər və yaşayış evləri dağıdıldı, əhali isə ölkənin 56 rayonuna səpələnməyə məcbur oldu.
Ürəkparçalayan bu ağır mənzərə BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə baxmayaraq baş yarandı. Sənəddə dərhal azad edilməli olan Kəlbəcər illərlə beynəlxalq biganəlik ucbatından işğal altında qaldı. 1999-cu ildən sonra Ermənistanın Kəlbəcərdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma siyasəti isə həm Cenevrə Konvensiyalarının, həm də bütün beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Məqsəd demoqrafiyanı süni şəkildə dəyişmək və bölgəni etnik mühəndisliyə məruz qoymaqla gələcək siyasi danışıqlarda üstünlük əldə etmək idi ki, bu da beynəlxalq hüquqla açıq ziddiyyət təşkil edirdi.
2020-ci ilin Vətən müharibəsi Kəlbəcərin taleyində dönüş nöqtəsi oldu. Müharibənin ilk günlərində şimal hissədə aparılan əməliyyatlar strateji yüksəkliklərin ələ keçirilməsi ilə Ermənistanın Basarkeçər–Kəlbəcər yoluna çıxışını məhdudlaşdırdı və ordunun hərəkət imkanlarını iflic etdi. Nəticədə 10 noyabr 2020-ci il üçtərəfli Bəyanata əsasən Kəlbəcər 25 noyabrda Azərbaycana təhvil verildi, 147 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər şəhəri azad olundu.
Bölgənin boşaldılması zamanı ermənilərin evləri yandırması, meşələri məhv etməsi və infrastrukturun dağıdılması işğalçı siyasətin mahiyyətini göstərdi və beynəlxalq hüquq baxımından hərbi cinayət kimi qiymətləndirildi. Kəlbəcərin azadlığa qovuşmasından dərhal sonra Azərbaycan dövləti burada bərpa işlərinə başladı. 26 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olundu və 9455 hərbi qulluqçu bu medalla təltif edildi. Bu həm qəhrəmanlara ehtiram, həm də azadlığın tarixi əhəmiyyətini vurğuladı.
2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 25 noyabrın Kəlbəcər Şəhəri Günü elan edilməsi bölgənin yeni həyatının başlanğıcını rəsmiləşdirdi və Kəlbəcərin strateji inkişaf zonasına çevrildiyini göstərdi.
2040-cı ilədək olan dövrü əhatə edən Baş plan şəhərin əhalisini 7500-dən 17 000-ə, yaşayış sahəsini isə iki dəfədən çox artırmağı, müasir məktəb, bağça, xəstəxana, muzey, mehmanxana və ictimai obyektlərin inşasını nəzərdə tutur. Yaşıllıqların şəhər ərazisinin 22 faizini təşkil etməsi Kəlbəcəri ekoloji baxımdan komfortlu yaşayış məkanına çevirəcək. Rayonda salınan 524 ailəlik yeni məhəllələr, dördmərtəbəli binalar, “townhouse” tipli evlər, parklar, idman və sosial obyektlər müasir şəhər standartlarına uyğun qurulub. Yanşaq, Zallar və Zar kəndlərində 1700-ə yaxın ailənin məskunlaşdırılması da əhalinin bərpasında mühüm mərhələdir. İnfrastruktur layihələri, xüsusilə Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu və Murovdağ tuneli, bölgənin nəqliyyat, turizm və təhlükəsizlik imkanlarını gücləndirir. Kiçik su elektrik stansiyaları enerji baxımından özünütəminatı artırır, “İstisu” turizm və mineral su zavodu isə iqtisadi və strateji əhəmiyyət daşıyır.
Kəlbəcər işğaldan azad olunmuş ərazilər arasında ən sürətlə bərpa edilən bölgələrdəndir. 25 noyabr Kəlbəcər Şəhəri Günü həm bu dirçəlişin təntənəsi, həm də Azərbaycanın milli yaddaşında əbədi simvollaşma günü kimi yaşayır. Kəlbəcər artıq dağıntıların deyil, quruculuğun, işğalın deyil, qayıdışın, boşaldılmış evlərin deyil, yenidən qurulan yurdların simvoludur. Bu torpağın hər qarışı azərbaycanlıların iradəsi, əzmi və dövlətinin gücü ilə bərpa olunur. 25 noyabr bundan sonra yalnız təqvimdə bir gün kimi deyil, millətin torpağına sahib çıxma əzminin və əbədi suverenliyinin nümayişi kimi yaşayacaq.
Kəlbəcərin azadlığa qovuşmasından sonra bu rayona sonra edilən səfərlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin bölgəni sistemli şəkildə bərpa və inkişaf etdirmə strategiyasının ardıcıl mərhələlərini əks etdirir. 2021-ci ildən başlayaraq həyata keçirilən tunel, avtomobil yolu, su elektrik stansiyaları, yarımstansiyalar kimi iri infrastruktur layihələri, şəhərin Baş planının təsdiqi, yaşayış məhəllələrinin, məktəblərin, xəstəxanaların, inzibati binaların təməlinin qoyulması Kəlbəcərin müasir şəhər modelinə uyğun şəkildə yenidən qurulduğunu göstərir. Hər bir səfər enerji təminatı, nəqliyyat-logistika bağlantıları, sosial xidmətlər və iqtisadi potensialın, xüsusən də "İstisu" kimi təbii sərvətlərin işə salınmasına yönəlmiş ardıcıl addımlarla yadda qalıb. 2025-ci ilə gəldikdə isə Kəlbəcər artıq yaşayış kompleksləri, ictimai infrastrukturu, turizm və istehsal müəssisələri, eləcə də yaşıl enerji şəbəkəsi ilə tam şəkildə dirçələn rayon obrazına çevrilib. Prezident İlham Əliyevin Kəlbəcə səfərlərinin səfərlərin ümumi xətti bu ulu diyarımızın təkcə bərpa olunmadığını, həm də daha güclü, təhlükəsiz və dayanıqlı inkişaf modelinə keçdiyini göstərir.
Leyla Qəhrəmanova
Xəbərin oxunma sayı : 52
Sosial
Xəbərlər
-
Hər daşının, qayasının altında bir tarix yatan ulu diyarımız
-
Abadlaşan və gözəlləşən Kəlbəcər xoşbəxt gələcəyə doğru inamla addımlayır
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Çempionlar Liqası: “Sabah“ Bakıda “Barselona“ya uduzdu
-
Maskın “Starmind“ planı təsdiqləndi: Orbitə 1 milyon peyk çıxarılır
-
Talıbova yüksək vəzifə verildi - Aparat rəhbəri təyin olundu
-
Varşavadan NATO-ya sensasiyalı təklif: Rusiya raketləri Ukrayna səmasında vurulsun
-
Azərbaycanlı milyarderin qurduğu biznes satılır - 16 milyard dollarlıq
-
Mağazasının qarşısında tullantı yandırdı, 2500 manat cərimələndi - Günahı qonşusunun üstünə atdı
-
Şirvan xəstəxanasında xəstəyə kobud münasibət: “Əziyyət çəkirsinizsə, gəlməyin bura!”
-
1 milyonluq yeyintinin əmri kimdən gəlib? - “Rəhbərliyin tapşırığını icra edib“
-
Bu yaxınlarda cərimələnən “Vibrostone” böyük məbləğdə borclandı - DETALLAR
-
Prezidentin köməkçiləri, şöbə müdirləri... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
-
Azərbaycanda “Temu“ya qarşı aparılan araşdırma yekunlaşdı - Nəticə
-
Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb - Fotolar
-
Paşinyanın Moskvaya səfərinə hazırlıq gedir - Peskov təsdiqlədi
-
Abşeron rayonunda bu yollar təmir olunacaq - 2,8 MİLYONLUQ İŞ
-
Məhkəmə rüsumları 4 dəfə azaldılır - Kollegiya sədri
-
400 ton yararsız toyuq ətinə görə 10 il həbs cəzası verilə bilər - Vəkil
-
Avtomobilləri qarət edib özünə “iPhone 18“ aldı - Bakıda ŞOK
-
25 Noyabr Kəlbəcər Şəhəri Günü şanlı tariximizin qürurverici səhifəsidir
-
Sabiq nazirin oğlu Londonda 10 milyonluq bina alıb - icarəçisi məşhur brenddir
-
“Nio ET 5“ 18 min, “Toyota Camry“ 18 300 manat - Hərracda daha 18 maşın satıldı
-
Azərbaycan və Litva strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı - Fotolar
-
Bakının mərkəzində növbəti tarixi abidə vandalizmi - Tanınmış memar etiraz etdi
-
İsveçrədən Özbəkistana 252,5 milyon dollarlıq jest - Kərimovanın aktivləri geri qaytarılır
-
AFFA məşqçiləri cəzalandırdı - klubları isə cərimələdi
-
Mövlam Şıxəliyevin daha bir əmlakı hərraca çıxarıldı: Qiyməti 250 mindir (FOTO)
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü - 652 bal toplamışdı...
-
Hacıqabulda 62 yaşlı kişi öldürüldü - Kürəkəni tutuldu
-
Bakıdan gedən Özcan Deniz saxlanıldı - Siyahıda Deniz Çakır da var
-
Prezidentdən xarici ölkələrə ixracla bağlı - FƏRMAN
-
İslam Rzayevin əmlaklarına həbs qoyuldu - SİYAHI
-
Nazir bu xanıma yüksək vəzifə verdi - ƏƏSMN-də təyinat + FOTO
-
Azərbaycan internetin sürətinə görə neçəncidir? - REYTİNQ
-
“Toylar kralı“ mübahisəsi: Nadir Qafarzadə Manaf Ağayevə cavab verdi
-
Azərbaycanda ixrac gəlirlərinə nəzarət gücləndirilir - Prezident gömrüyə tapşırıq verdi
-
Bağça müəllimlərinin işə qəbulu başlayır - Bir həftə vaxt var
-
Kamaləddin Qafarovun ətrafında narazılıq: şirkətdə əsas söz sahibinin katibəsi olduğu iddia edilir
-
Azərbaycan-Litva münasibətlərində yeni mərhələ: 45 sənəd, 50 milyonluq investisiya
-
Bellinqemdən fantastik, Vinisiusdan aylar sonra qol - VİDOE
-
Prezident Fərman imzaladı:Yeni Mərkəz yaradıldı
-
Abdin Fərzəliyevi bildik, bəs Anar Quliyev? - Masazırda Fərail Hüseynov qanunsuzluğu...
-
Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq - Sabahın havası
-
İnformasiya və rabitə xidmətlərinin dəyəri ən yüksək olan 10 iqtisadi rayon - SİYAHI
-
“ASAN xidmət”in Pakistanda tətbiqi genişləndirilir - Fotolar
-
Prezident Litvanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
Tramp tələsir, Zelenski isə güzəştə getmir... - “Bu, Ukraynanın hesabına olmamalıdır“
-
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir
-
Azərbaycan, Gürcüstan və Ermənistanda sosial şəbəkə istifadəçiləri - Müqayisə
-
Vasif Talıbovun imzaladığı 50-yə yaxın Fərman - Ləğv olundu
-
Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir
-
“Sənədləri saxtalaşdırıb, malların dəyərini iki dəfə az göstəriblər” - İş adamından şikayət
-
Naxçıvanda bu qurum ləğv edildi - Cabbar Musayev qərar imzaladı
-
Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
-
Tramp Kim Çen Inla görüşə bilmir - Məktubunu da geri qaytarıblar
-
Epilepsiya xəstəsi olan qazinin 30 il aldığı müavinət niyə dayandırılıb? - VİDEO
-
“Giləzi-Quşçuluq” kompleksinin direktoru həbs olundu - Məhkəmədən qərar
-
Yaqub Eyyubovun oğlu İngiltərədə 17 daşınmaz əmlak əldə edib: Qiyməti 10 milyon funta yaxındır
-
Zelenski ilə Madyar voleybol oynayıb buzları əritdilər - VİDEO
-
Hövsan Sağlamlıq Mərkəzində rentgen aparatı yoxdur - Xəstələr başqa tibb müəssisəsinə göndərilir
-
“ABŞ İranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışmır“ - Tramp
-
Bir vaxtlar nümunə göstərilən dayanacaqlar indi bərbad vəziyyətdədir - VİDEO
-
Mənzilini sığortalayanlara xəbərdarlıq – Bu hallarda ödəniş verilməyəcək
-
Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi
-
Mehrac Babayev müflis olur - Rusiyada biznesi çökən azərbaycanlı oliqarx tikinti bazarını tərk edir
-
9 ayda 979 min qol saatı idxal edilib - Ən baha və ən ucuz haradan gətirilib?
-
Azərbaycanda daha 90 mənzil satışa çıxarılır: Aylıq ödənişlər 445 manatdan başlayır
-
“İbrahimoğlu İnşaat“la bağlı məhkəmə qərarı - Əmlakına həbs qoyuldu
-
Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Pensiya yaşına çatan vətəndaşlar üçün vacib məlumat - Kimlər pensiya ala biləcək?
-
Fuad Allahverdiyevin keçmiş xanımı azadlığa buraxıldı - TƏFƏRRÜAT
-
Ceyhun Bayramov Gürcüstan XİN başçısı ilə müzakirə apardı - FOTO
-
Vətəndaşların torpaq problemi həll olunur? - Qanunvericilikdə mühüm yenilik
-
Sabahdan Bakıya yağış, bəzi rayonlara qar yağacaq - XƏBƏRDARLIQ
-
Media subyektləri şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdır - Mətbuat Şurası
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO
-
Aqşin Mirzəyev monopoliya yaradıb - Cənub Yük Terminalında özbaşınalıq
-
Türkiyədə sabiq nazir ev dustaqlığına buraxıldı - 2,2 milyardlıq fond qalmaqalı
-
“Yoxlasan babası lütün biri olub...“ - Deputatdan rüşvətə fərqli baxış
-
Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdi - TƏFƏRRÜAT
-
Bu il tikinti materialları nə qədər bahalaşıb? - Yeni qiymətlər
-
Zaur Mikayılovun oğlu özünə yeni biznes qurdu - Hər satışdan komisiya alır
-
Hakim məhkum ataya güzəşt etdi - Uşaqlarını məktəbə aparacaq
-
Azərbaycanda maaş artımının ən çox və ən az olduğu rayonlar - 4 rayonda azalma olub
-
“Dövlət müəssisəsi dostlar klubu deyil” - Deputatdan qohumbazlığa etiraz
-
Paşinyan media qurumlarını məhkəməyə verib - 4 milyon tələb edir
-
Moskvada 590 min dollarlıq saxta pul əməliyyatı: Azərbaycanda 7 il həbs cəzası aldı (VİDEO)
-
Övladınıza “TikTok”da nəzarət edə biləcəksiniz - Valideynlərin nəzərinə!
-
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb - FOTOLAR
-
İranın 7 şərti yerinə yetirilmədən ABŞ ilə danışıqlar başlamayacağıq - Qalibaf
-
Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı
-
Azərbaycanda dövlət fondları hesabına verilən kreditlərin biznes kreditlərində payı azalıb - Zakir Nuriyev
-
Mobil internetin sürətinə görə ölkələrin yeni reytinqi açıqlanıb - SİYAHI
-
“Vesta Construction” MMC rəhbərindən 172 nəfərə qarşı dələduzluq - Məhkəməsi başlayır
-
Prezident Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
-
Qızın görüntülərini yayıb cinsi azlıq olduğunu dedilər - Keçmiş rəhbərindən şübhələnir
-
ABŞ hərbçilərinin müşayiət etdiyi üç neft tankeri Hörmüzdə minaya düşüb - SEPAH
-
Milli Məclisin iclası başlayıb - Gündəlikdə 10 məsələ var
-
BDU-da 9 fakültənin dekanı dəyişir - Yeni namizədlər axtarılır
-
Makler qaçıb gizləndiyindən evindən də oldu, pulundan da... - VİDEO
-
İran dünyanın dörd aparıcı gücündən biridir - Qalibaf
-
Azərbaycanın ən gənc deputatı - 30 yaşı var (FOTO)
-
Bakıda yeni işıqforlar bu qaydada çalışacaq - FOTOLAR
-
Təkcə neft deyil: Azərbaycandan daha nələr alırlar?
-
Yaxın Şərq yeni eskalasiyaya tab gətirməyəcək - Qətər baş naziri
-
Azərbaycanda Xəzərin suyu duzsuzlaşdırılacaq - ADB zavod tikintisinə 140 milyon ayırdı
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik“ - Melaniya Tramp
-
Zakir Fərəcov Adil Xudadatovun “qələmini qırıb“? - “Kamaz“ ləqəbli bələdiyyə sədrinin DOSYESİ
-
NATO-nun baş katibi Cənubi və Şimali Koreyanı səhv saldı - Zaldakılar güldü
-
Saxta pulu həqiqi puldan necə ayırmaq mümkündür? - VİDEO
-
Vətəndaşın pulunu KİM qaytaracaq? - İcbari tibbi sığortada YENİLİK
-
Azərbaycanlılar 10 ayda geyimə bu qədər xərcləyiblər - RƏQƏMLƏR
-
Sol ayağı kəsilən vətəndaşın əlillik pensiyası niyə kəsilib? - VİDEO
-
Keçmiş məmur 29 milyon dollar rüşvət aldı - Edam olunacaq
-
Bakıda “Green Park” hotelin yerləşdiyi bina satışa çıxarıldı - QİYMƏT
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə - Fotolar
TOP 10
ARXİV






