“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

NATO-nun baş katibi Cənubi və Şimali Koreyanı səhv saldı - Zaldakılar güldü

Tarix 23.11.26, 23:10

Font ölçüsü : - / +
bitmap-img6


NATO-nun baş katibi Mark Rutte çıxışı zamanı Şimali və Cənubi Koreyanı səhv salaraq auditoriyanın gülüşünə səbəb olub.

AzFakt.com xəbər verir ki, hadisə Ruttenin Berlində NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı baş verib.

O, Alyansın Hind-Sakit okean regionundakı tərəfdaşları ilə əməkdaşlığından danışarkən Avstraliya və Yeni Zelandiyanın adını çəkib, daha sonra isə Şimali Koreyanı müttəfiq kimi təqdim edib.

“Avstraliya, Yeni Zelandiya, Şimali... Xeyr, Şimali deyil, Cənubi Koreya ilə əməkdaşlığımız var”, deyə Rutte səhvini dərhal düzəldib.

Onun bu dil sürüşməsi zalda gülüşlə qarşılanıb.

Qeyd edək ki, NATO Hind-Sakit okean regionunda Avstraliya, Yeni Zelandiya, Yaponiya və Cənubi Koreya ilə əməkdaşlıq edir. Şimali Koreya isə Alyansın tərəfdaşları sırasına daxil deyil. Bu, Ruttenin ilk belə səhvi deyil. O, 2026-cı ilin iyulunda çıxışı zamanı İranın Arktikaya çıxış əldə etməsinin qarşısını almaq lazım olduğunu bildirmiş, daha sonra əslində Rusiya və Çini nəzərdə tutduğunu açıqlamışdı. Noyabrın əvvəlində isə Niderlandın NPO 1 telekanalına müsahibəsində rus dilini bilib-bilmədiyi barədə suala “sağ ol” cavabını vermişdi.

Mark Rutte Avropada 1997-ci ildən əvvəl mövcud olmuş təhlükəsizlik sisteminə qayıtmağı qəbuledilməz hesab etdiyini də bildirib. O, bu barədə “The Guardian” qəzetinə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Rusiyanın 2021-ci ildə irəli sürdüyü və NATO-nun mövqelərinin 1997-ci il vəziyyətinə qaytarılmasını nəzərdə tutan təklifləri Alyans üçün qəbulolunmazdır.

“Hamımız tam əminik ki, Rusiyanın 2021-ci ildə irəli sürdüyü, mahiyyət etibarilə NATO-nu 1997-ci il vəziyyətinə qaytarmağı nəzərdə tutan təkliflər 1991-ci il sərhədlərinə doğru geriyə addımdır. NATO-da heç kim bunun yaxşı fikir olduğunu düşünmür”, deyə Rutte vurğulayıb.

Qeyd edək ki, “The New York Times” qəzeti noyabrda yazıb ki, Rusiya danışıqlar zamanı NATO-nun hərbi infrastrukturunun 1997-ci il sərhədlərinə çəkilməsini, Alyansın şərqə doğru genişlənməsinin dayandırılmasını və Ukraynaya hərbi yardımın kəsilməsini tələb edir. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas noyabrın 16-da Rusiyanın təhlükəsizliklə bağlı tələblərini hərbi əməliyyatları davam etdirmək üçün bəhanə adlandırıb.

Almaniyanın xarici işlər naziri İohann Vadeful da Moskvanın Avropada yeni təhlükəsizlik arxitekturasının yaradılması ilə bağlı tələblərini “absurd” və “maksimalist” kimi qiymətləndirib. (Qaynarinfo)



Xəbərin oxunma sayı : 73




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap