“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Talıbova yüksək vəzifə verildi - Aparat rəhbəri təyin olundu

Tarix 25.11.26, 23:07

Font ölçüsü : - / +
bitmap-img6


Əhməd Talıbov Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin aparat rəhbəri vəzifəsinə təyin edilib.

AzFakt.com-un məlumatına görə, təyinatla bağlı qurumun sədri Səbuhi Sadıqov 2026-cı il noyabrın 20-də əmr imzalayıb. Əhməd Talıbov bu təyinatadək Agentliyin Strateji planlama və maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.

Əhməd Talıbov 1989-cu ildə anadan olub. O, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2014-cü ildə isə həmin universitetdə “Maliyyə” ixtisası üzrə magistr dərəcəsi alıb.

O, 2012–2013-cü illərdə Dövlət Sosial Təminat Xidmətinin Maliyyə-təsərrüfat şöbəsində, 2013–2017-ci illərdə isə “Bakı Metropoliteni” QSC-də müxtəlif vəzifələrdə çalışıb.

Əhməd Talıbov 2017–2023-cü illərdə “Prime Cotton” MMC-də maliyyə kuratoru, şöbə müdiri, baş maliyyə direktorunun müavini və maliyyə direktoru vəzifələrini tutub. 2023-cü ildən Dövlət Ehtiyatları Agentliyində çalışır.

Ailəlidir, bir övladı var.



Xəbərin oxunma sayı : 46




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap