“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Məhkəmə rüsumları 4 dəfə azaldılır - Kollegiya sədri

Tarix 25.11.26, 19:39

Font ölçüsü : - / +
bitmap-img6


“Dövlət rüsumu haqqında” Qanuna təklif olunan dəyişikliklər həm hakimlərin iş yükünü yüngülləşdirəcək, həm də ədalət mühakiməsinə çıxışı asanlaşdıracaq. Azərbaycanda məhkəməyə müraciət edən vətəndaşların və sahibkarların maliyyə yükünün azaldılması, eləcə də məhkəmə sistemində operativliyin artırılması məqsədilə qanunvericiliyə mühüm dəyişikliklər edilir.  “Dövlət rüsumu haqqında” Qanuna təklif olunan yeni düzəlişlər artıq Milli Məclisin müzakirəsinə çıxarılıb.

Musavat.com xəbər verir ki, qanun layihəsinin əsas məqsədi məhkəmə rüsumlarının hesablanmasında ədalətli və proporsional mexanizmin formalaşdırılmasıdır. 

Təklif olunan dəyişikliklərə əsasən, məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 4 dəfə azaldılaraq 100 manatdan 25 manata endirilir. Bundan başqa, qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsi zamanı dövlət rüsumu bütün iddia məbləğinə görə deyil, yalnız mübahisələndirilən hissə əsasında hesablanacaq.

Hacıyev Sənan Firudin oğlu

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının sədri Sənan Hacıyev qanun layihəsinin zəruriliyi və gözlənilən nəticələri barədə danışarkən mövcud qanunvericilikdəki uyğunsuzluğa diqqət çəkib. Onun sözlərinə görə, hazırda məhkəmə əmri haqqında ərizəyə görə 100 manat, iddia qiyməti 1000 manatadək olan iddia ərizəsinə görə isə 30 manat rüsum ödənilir: "Əmr icraatı üzrə dövlət rüsumunun iddia icraatından daha yüksək olması məhkəmə əmrinin praktik cəlbediciliyini xeyli azaldıb. Nəticədə mülki işlər üzrə 5000 manatadək, kommersiya işləri üzrə isə 10000 manatadək olan mübahisəsiz tələblərlə bağlı müraciət edən şəxslər sadələşdirilmiş icraat qaydasını seçməyə məcbur qalırlar. Bu da faktiki mübahisənin olmadığı hallarda belə işin mahiyyəti üzrə araşdırılmasına, lüzumsuz resurs itkisinə və hakimlərin iş yükünün artmasına gətirib çıxarır".

Kollegiya sədri apellyasiya və kassasiya instansiyalarına müraciət zamanı tətbiq olunacaq yeniliyin əhəmiyyətini də vurğulayıb. O qeyd edib ki, məhkəmə aktının yalnız bir hissəsi mübahisələndirildiyi halda, rüsumun iddianın digər hissəsini də əhatə etməsi tərəflərin şikayət vermək hüququndan real istifadəsini məhdudlaşdırırdı.

Yeni qaydaya görə, qiymətləndirilən iddialar üzrə şikayətlərdə dövlət rüsumu yalnız mübahisələndirilən hissəyə uyğun tutulacaq; Qiymətləndirilməyən iddialar üzrə isə müəyyən edilmiş rüsumun 50 faizi həcmində ödəniş tələb olunacaq. Sənan Hacıyevin sözlərinə görə, rüsumların azaldılması xüsusilə sosial baxımdan həssas əhali qruplarının və onlarla mülki-hüquqi münasibətlərə girən sahibkarlıq subyektlərinin ədalət mühakiməsinə çıxış imkanlarını genişləndirəcək. Bu addım həm iqtisadi dövriyyənin çevikliyini təmin edəcək, həm də hakimlərin vaxt və peşəkar potensialının daha mürəkkəb hüquqi mübahisələrin həllinə yönəldilməsinə şərait yaradacaq.

Bundan əlavə, mübahisəsiz tələblər üzrə əmr icraatının cəlbediciliyinin artması məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqi üçün yeni texniki və institusional əsaslar formalaşdıracaq.



Xəbərin oxunma sayı : 115




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap