“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Prezident Litvanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR

Tarix 25.11.26, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbul edib.

AzFakt.com xəbər verir ki, Kestutis Budris Litva Prezidenti Gitanas Nausedanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Litva Prezidentinə çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı bir müddət əvvəl Dublində "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısı çərçivəsində Litva Prezidenti Gitanas Nauseda ilə görüşünü, eləcə də Litvanın Baş naziri Mindauqas Sinkeviçyusla telefon danışığını məmnunluqla xatırlayıb.

Azərbaycan ilə Litva arasında strateji tərəfdaşlıq münasibətlərinin uzun illərdir uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib və nazirin səfərini bu baxımdan vacib addım kimi qiymətləndirib.

Kestutis Budris səfər çərçivəsində "Azərbaycan Respublikası və Litva Respublikası arasında Strateji tərəfdaşlıq haqqında Birgə bəyannamə"nin imzalanacağını bildirib, iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Nazir Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsində əldə olunan uğurlar münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Təbrikə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycanın regionda sülhün möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Prezident İlham Əliyev münasibətlərin normallaşması fonunda Azərbaycanla Ermənistan arasında iqtisadi və ticari əlaqələrin qurulduğunu, üçüncü ölkələrdən Ermənistana və Ermənistandan üçüncü ölkələrə yüklərin Azərbaycan ərazisindən tranzitlə daşınması üçün imkanların yaradıldığını qeyd edib. Dövlətimizin başçısı son bir il ərzində Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yükün daşındığını bildirib.

Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərindən danışılarkən qeyd olunub ki, həm Birinci Qarabağ müharibəsi dövründə, həm də 2020–2023-cü illərdə basdırılmış minalar bu işlərə mane olur və insanların həyatı üçün ciddi təhlükə yaradır.

Kestutis Budris Litvanın 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcəyini bildirərək ölkəsinin Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafına dəstəyini davam etdirəcəyini vurğulayıb. O, Litvanın Azərbaycanın NATO ilə əlaqələrinin genişləndirilməsini də dəstəklədiyini qeyd edib.

Prezident İlham Əliyev qarşıdakı sədrlik münasibətilə təbriklərini çatdırıb, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin sammiti çərçivəsində keçirilən görüşləri xatırlayıb. Azərbaycanın Avropa İttifaqına üzv 10 ölkə ilə ikitərəfli strateji tərəfdaşlıq sənədlərinin olduğunu qeyd edən dövlətimizin başçısı Litva ilə münasibətlərin Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı üçün də əlverişli mühit yaratdığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda və Xəzər regionunda bağlantı layihələrinin təşəbbüskarı olduğunu vurğulayıb.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi, eyni zamanda, Azərbaycan ilə Litva arasında müxtəlif sahələrdə, o cümlədən energetika və bərpaolunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Xəbərin oxunma sayı : 142




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap