Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Pakistanda antiterror əməliyyatı: 27 silahlı şəxs məhv edildi

Tarix 08.06.26, 10:21

Font ölçüsü : - / +
bitmap-img6


Pakistan İslam Respublikasının təhlükəsizlik qüvvələri son üç gün ərzində ölkənin şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində 27 silahlı şəxsi məhv ediblər.

Bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb. Şimali Vəziristan dairəsində ölkədə qadağan olunmuş "Fitnə əl-Xəvaric" (əvvəllər "Təhrik-i-Taliban Pakistan" və ya "Pakistan Taliban Hərəkatı" kimi tanınan) qruplaşmasına qarşı bir sıra antiterror əməliyyatları həyata keçirilib. Zərərsizləşdirilən terrorçuların hüquq-mühafizə orqanlarının əməkdaşlarına və mülki vətəndaşlara qarşı hücumlarda iştirak etdikləri bildirilir.

Onlardan silah və sursat müsadirə olunub. ISPR-in məlumatına əsasən, 2025-ci ildə Pakistanın təhlükəsizlik orqanları tərəfindən ümumilikdə 2 597 terrorçu zərərsizləşdirilib. Qeyd olunan müddət ərzində Pakistanda 5 397 terror aktı qeydə alınıb və bu hücumlar nəticəsində 1 235 nəfər həyatını itirib. Terror aktlarının 70%-dən çoxu şimal-qərbdəki Hayber-Paxtunxva əyalətində, təxminən 29%-i isə ölkənin cənub-qərbindəki Bəlucistan bölgəsində baş verib. Hər iki bölgə Əfqanıstanla uzun sərhəd xəttinə malikdir və Pakistan hökumətinin məlumatına görə, terrorçuların düşərgələri məhz orada yerləşir.



Xəbərin oxunma sayı : 109




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap