“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Kuryerlər ``Wolt-Azərbaycan`` şirkətindən şikayətçidirlər - VİDEO

Tarix 05.06.26, 21:46

Font ölçüsü : - / +
bitmap-img6


Sifariş geri qaytarıldıqda, kuryerlərin çatdırılma pulu kəsilir.

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən kuryerlər deyirlər ki, son günlərdə tətbiq olunan yeni qayda səbəbindən günlük gəlirləri azalıb.

Xezerxeber.az-ın məlumatına görə, ```Wolt-Azərbaycan`` şirkətinin motosikletlə çatdırılma xidməti göstərən sürücüləri bildirirlər ki, son bir həftə ərzində tətbiq edilən qaydaya əsasən, sifariş geri qaytarıldıqda onların hesabından müəyyən məbləğ tutulur. Kuryerlərin sözlərinə görə, bu məbləğ əsasən 2-4 manat arasında dəyişir.

Kuryerlər bildirirlər ki, əvvəlki dövrlərdə analoji hallarda belə tutulmalar tətbiq olunmurdu. Onların iddiasına görə, geri qaytarılan sifarişlər səbəbindən tutulmalar aylıq gəlirdə ciddi hiss olunur.

Məsələ ilə bağlı adıçəkilən şirkətin mövqeyini öyrənməyə çalışdıq. Şirkətin mətbuat xidməti ilə əlaqə saxlamağımıza baxmayaraq, kuryerlərin səsləndirdiyi iddialara münasibət almaq mümkün olmadı.




Xəbərin oxunma sayı : 1246




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap