Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“Mənzil sökülüb, bizə kompensasiya verilməyib“ - VİDEO

Tarix 06.06.26, 19:20

Font ölçüsü : - / +
bitmap-img6


Evi sökülən paytaxt sakini kompensasiya ala bilmədiyini iddia edir.

Baku TV-nin qaynar xəttinə müraciət edən Tahirə Fərəcovanın sözlərinə görə, qardaşı Tahir Süleymanova məxsus mənzil 2024-cü ilin iyul ayında sökülüb.

Şikayətçi bildirir ki, Xətai rayonu, Kamandar Əhmədov küçəsi, 2 ünvanında yerləşən mənzillər onlara vaxtilə ailə tərkibinin geniş olması səbəbindən İcra Hakimiyyəti tərəfindən verilib:

"Biz uzun illərdir bu küçədə yaşayırdıq. Vaxtilə Füzuli rayonundan qaçqın düşmüş bir ailəni müvəqqəti olaraq həmin mənzillərdən birində məskunlaşdırmışdıq. İndi ərazi sökülüb, lakin mənzilin sənədləri bizim adımıza olduğu halda, kompensasiya bizə ödənilmir. Qardaşım xəstə olduğu üçün mənə rəsmi etibarnamə verib. Lakin Xətai Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etməyimizə baxmayaraq, ərizələrimizi qəbul etmir və bizi məhkəməyə yönləndirirlər".

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2024-cü ildə şəhər ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Yusif Səfərov, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrində söküntü işləri qanunvericiliyə uyğun həyata keçirilib və kompensasiyalar ödənilib:

"49 saylı mənzilin də kompensasiyası mövcud sənədlərə və qanunvericiliyə uyğun olaraq həmin mənzildə faktiki yaşayan vətəndaşlara verilib".




Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap