“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Effektiv mexanizm yaradılarsa, dialoq mümkündür - Berlin

Tarix 04.06.26, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Berlin hesab edir ki, Avropa ilə Rusiya arasında Ukraynadakı müharibə ilə bağlı danışıqlar üçün tədricən imkan yarana bilər, lakin bunun üçün effektiv dialoq mexanizminin yaradılması vacibdir...

Bu barədə Sky News Almaniya rəsmisinə istinadla məlumat yayıb.

Həmin mənbənin sözlərinə görə, hazırda Avropa ölkələri ilə Moskva arasında Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı dialoqun başlaya biləcəyinə dair əlamətlər görünür. Bununla yanaşı, o vurğulayıb ki, bunun üçün ilk növbədə Avropa İttifaqı üçün "effektiv və etibarlı" olacaq danışıqlar formatı müəyyən edilməlidir.

Berlində həmçinin hesab edilir ki, bu prosesdə Almaniya, Fransa və Böyük Britaniyanı birləşdirən E3 qrupu aparıcı rolunu qoruya bilər.

Eyni zamanda rəsmilər xəbərdarlıq ediblər ki, real irəliləyişlərin tez baş verməsi gözlənilmir və aktiv danışıqlar mərhələsinə keçid üçün hələ bir neçə ay vaxt lazım ola bilər.

Paralel olaraq Avropa İttifaqında Rusiya ilə əlaqələr üçün xüsusi nümayəndənin təyin olunması məsələsi müzakirə edilir.

Politico-nun məlumatına görə, üzv ölkələr bu mövzuda hələ vahid mövqeyə malik deyil. Bir sıra dövlətlər ABŞ-ın vasitəçilik rolunun tədricən azalması fonunda bu ideyanı dəstəkləsə də, digərləri ayrıca danışıqlar aparıcısının Kremlə təzyiqi zəiflədə biləcəyindən ehtiyat edir.

Avropa danışıqlarçısı vəzifəsi üçün siyasi dairələrdə potensial namizədlər arasında Antonio Kosta, Aleksandr Stubb, Mario Draqi, Sauli Niinistö və Jan-Klod Yunker kimi şəxslərin adı çəkilir.



Xəbərin oxunma sayı : 1219




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap