“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Fransa Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb - Casusluq işi

Tarix 04.06.26, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


Fransa xarici kəşfiyyat xidmətinin iki əməkdaşını Tbilisidən geri çağırıb.

Bu barədə kəşfiyyat və diplomatik münasibətlər üzrə ixtisaslaşmış Fransanın “Intelligence Online” nəşri məlumat yayıb.

Məlumata görə, onlar may ayında geri çağırılıb. Buna səbəb kimi, “Kartu Bank”ın keçmiş mətbuat katibi və maliyyə polisinin keçmiş yüksək vəzifəli əməkdaşı Georgi Udzilaurinin həbsi göstərilir.

O, mayın 5-də casusluq ittihamı ilə saxlanılıb.

Fransız nəşrinin məlumatına görə, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat iki ölkə arasında münasibətlərdə gərginliyə səbəb olub.

“Fransanın xarici kəşfiyyat xidməti Tbilisidəki iki əməkdaşını Parisə geri çağırmağa məcbur olub”,  nəşr yazır.

Bundan əlavə, Gürcüstan hakimiyyəti diplomatik münasibətlərin daha da pisləşməsinin qarşısını almaq üçün fransız kəşfiyyatçılarını “persona-non-grata” elan etməyib və yalnız ölkəni tərk etmələrini tələb etməklə kifayətlənib.

İddia olunur ki, Tbilisi bu tələbin yerinə yetirilməyəcəyi təqdirdə, onların kimliyini açıqlamaqla hədələyib. /Apa



Xəbərin oxunma sayı : 1414




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap