“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bu yoldakı keçidin eskalatorları işləmir -VİDEO

Tarix 05.06.26, 21:23

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda sürətli yolun altında yerləşən keçidin eskalatorları aylardır işləmir.

Nəticədə yolu keçmək istəyən piyadalar, xüsusilə yaşlı vətəndaşlar, əlilliyi olan şəxslər, eləcə də azyaşlı uşaqları olan analar pilləkənləri qalxıb-enməkdə çətinlik çəkirlər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Salyan şosesində yerləşən, Bayıl qəsəbəsini Dənizkənarı Bulvar ərazisi ilə birləşdirən piyada keçidindən gedir.

Vətəndaşlar bildirirlər ki, eskalatorun işləməməsi gündəlik hərəkəti çətinləşdirir.

Sakinlərin fikrincə, belə intensiv istifadə olunan ərazidə yerləşən yeraltı keçiddə bu problemin uzun müddət aradan qaldırılmaması anlaşılan deyil.  

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, Dövlət proqramına uyğun olaraq, müxtəlif səviyyəli piyada keçidlərində nasaz eskalatorların, liftlərin və elektrik pandusların təmiri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılacaq.

Promblemin nə vaxt həll olunacağı ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, hazırda Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənərək balansa qəbul ediləcək.



 



Xəbərin oxunma sayı : 1555




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap