Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Zaporojye AES bombardmana məruz qalıb - Çalışanlar sığınacaqlara yerləşdiriliblər

Tarix 04.06.26, 15:05

Font ölçüsü : - / +
bitmap-img6


Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyasını enerji ilə təmin edən istilik elektrik stansiyası səhər saatlarında Ukrayna tərəfindən intensiv bombardımana məruz qalıb.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) məlumat yayıb. 

Bildirilib ki, agentliyin müşahidəçiləri istilik elektrik stansiyası istiqamətindən qalxan sıx tüstünü qeydə alıblar. Eyni zamanda, ərazidə güclü hərbi aktivliyin müşahidə edildiyi qeyd olunub.

Məlumata görə, bombardıman səbəbindən stansiyanın əməkdaşları təhlükəsizlik məqsədilə sığınacaqlara yerləşdirilib.

BAEA rəsmiləri vurğulayıblar ki, hücumlar Zaporojye AES-in xarici enerji təchizatını təmin edən sonuncu elektrik xəttinin də sıradan çıxması riskini artırır. Hazırda həmin xəttin fəaliyyətini davam etdirdiyi bildirilsə də, vəziyyət ciddi narahatlıq doğurur.

BAEA-nın baş direktoru Rafael Qrossi bölgədəki vəziyyətlə bağlı dərin narahatlığını ifadə edərək hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb. Onun sözlərinə görə, atom elektrik stansiyasında uzunmüddətli enerji kəsintisi baş verərsə, bu, nüvə təhlükəsizliyi baxımından ciddi risklər yarada bilər.



Xəbərin oxunma sayı : 181




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap