Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Azərbaycanlı aktrisa: “Bu, nikah idi, hələ toy olmayıb“

Tarix 01.06.26, 14:34

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa, film layihələri və reytinqli seriallardakı rolları ilə tanınan Nəsrin Cavadzadə yeni açıqlamaları ilə gündəmə gəlib. 

AzFakt.com xəbər verir ki, o, "Kanal D"də yayımlanmağa başlayan "Daha 17” serialı ilə ekranlara qayıdarkən həm yeni layihəsi, həm də şəxsi həyatı barədə danışıb.

Bodrumda serialın çəkiliş meydançasında müsahibə verən aktrisa son dövrlərdə səssiz şəkildə baş tutan nikahı ilə bağlı da məlumat verib. Cavadzadə bildirib ki, həyat yoldaşı Kadir Taner Uçar ilə tanışlıqdan qısa müddət sonra münasibətləri ciddi mərhələyə keçib: "Tanışlıqdan altı ay sonra evlilik təklifi aldım, yeddinci ayda da evləndim. Hər şey çox spontan oldu".

Aktrisa əri ilə idman zalında tanış olduğunu və gündəlik həyat tərzlərinin oxşarlığının münasibətlərini yaxınlaşdırdığını da qeyd edib.

Nəsrin həmçinin hələlik nikah bağladıqlarını, gələcəkdə toy edəcəklərini bildirib:

"Bu, sadəcə nikah idi. Toyumuz isə, inşallah, olacaq. Həm mən, həm də həyat yoldaşım hər şeyi nəzarətdə saxlamaq istəyən, "Görəsən buna ayıb olar, ona ayıb olar" deyə düşünən insanlarıq. Üstəlik, azad yaşamağa da öyrəşmişik. Kadirə dedim ki, "Əgər biz bunu uzun-uzadı düşünsək, ikimiz də evdə qalarıq. Heç vaxt evlənə bilmərik. Yox, İtaliyada olsun, yox, o gəlinlik alınsın... Bu söhbətlərə girsək, bu iş alınmaz. Hər şey bir az birdən olmalıdır”. O da mənimlə razılaşdı. Evlilik təklifindən bir ay sonra Bodrumda nikah bağladıq".

Karyerası barədə danışan Cavadzadə sənət yolunun hələ başlanğıc mərhələsində olduğunu vurğulayıb: "Hələ özümü yolun çox başında hiss edirəm. Çox böyük arzularım var, hətta Oscar almaq istəyirəm".

O, televiziya və kino sənayesində real və təbii obrazların daha çox qəbul edildiyini, saxtalıq və süni görünüşə marağın azaldığını bildirib. Aktrisa həmçinin qadın aktyorların yaşla bağlı stereotiplərlə üzləşdiyini, sektorda gender əsaslı qeyri-bərabərliklərin hələ də davam etdiyini qeyd edib.

Yeni layihəsi "Daha 17” barədə danışan Cavadzadə serialın ailə sirrləri və dramatik hadisələr üzərində qurulduğunu, öz canlandırdığı Şəbnəm obrazının isə güclü və manipulyativ xarakteri ilə seçildiyini deyib.



Xəbərin oxunma sayı : 133




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap