“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Slovakiya Prezidenti Azərbaycana gəlir - Tarix açıqlandı

Tarix 11.07.26, 18:34

Font ölçüsü : - / +
bitmap-img6


Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevin dəvəti ilə iyulun 13-də Azərbaycana rəsmi səfər edəcək.

"Report" Slovakiya mediasına istinadən xəbər verir ki, bu barədə Slovakiya Prezidentinin Dəftərxanasından bildirilib.

Səfər Azərbaycan Prezidentinin ötən ilin dekabrında Slovakiyaya baş tutmuş tarixdəki ilk rəsmi səfərinin davamı olacaq.

P.Pelleqrini ilə birlikdə Azərbaycana, Baş nazirin müavini, müdafiə naziri Robert Kalinyak, Baş nazirin müavini, iqtisadiyyat naziri Denisa Sakova, daxili işlər naziri Matuş Şutay Eştok və Slovakiya Milli Bankının rəhbəri Peter Kajimir gələcəklər.

P.Pelleqrini Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edəcək və Azərbaycanın apostol prefekti, əslən Slovakiyadan olan monsenyor Vladimir Fekete ilə görüşəcək.

Azərbaycanın rəsmi şəxsləri ilə, o cümlədən Prezident İlham Əliyevlə danışıqlar zamanı tərəflər energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, Slovakiya ixracına dəstəyi, sənaye və texnoloji qarşılıqlı fəaliyyətin inkişafını, iki ölkə arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasını, eləcə də münaqişə nəticəsində zərər çəkmiş ərazilərin bərpası və inkişafı layihələrində slovakiyalı tərəfdaşların iştirakını müzakirə edəcəklər.

Bundan başqa, Slovakiya lideri Ağdam rayonuna səfər edəcək, orada Baş Qərvənd kəndindəki "Ağıllı kənd" ("Smart Village") layihəsi ilə tanış olacaq və Milan Rastislav Ştefanik adına yeni məktəbin təməlqoyma mərasimində iştirak edəcək.

P.Pelleqrini, həmçinin Azərbaycanın Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək.

Səfər çərçivəsində Bakıda həmçinin iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə Slovakiya-Azərbaycan biznes-forumu keçiriləcək. Tədbir ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və Slovakiya şirkətlərinin Azərbaycan bazarında təşviqi üçün platforma olacaq.

Prezidentin Dəftərxanasından bildirilib ki, Bratislava və Bakı arasında yüksək səviyyədə siyasi dialoqun davam etdirilməsi hər iki ölkənin enerji təhlükəsizliyi, iqtisadiyyat, innovasiyalar, nəqliyyat və texnologiyalar da daxil olmaqla, strateji əhəmiyyətli sahələrdə əməkdaşlığı inkişaf etdirmək arzusunu təsdiqləyir.



Xəbərin oxunma sayı : 142




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap