“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir

Tarix 15.07.26, 14:00

Font ölçüsü : - / +
bitmap-img6

Avropa İttifaqı artıq uzun
illərdir Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr
əhəmiyyətli dərəcədə dərinləşib.
Enerji, ticarət və
investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı yalnız iqtisadi fayda
gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir.

Ölkəmizin Slovakiya ilə
əlaqələri Avropa İttifaqı kontekstində müstəqil və milli maraqlara əsaslanan
siyasətin nümunəsidir.
Diplomatik səfərlər, parlament
dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji
tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya
nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları
qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara
bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də
regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni
investisiya imkanları açır və sülhün iqtisadi dividendlərinin reallaşmasına
şərait yaradır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və
parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu
əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.

Qeyd edilməlidir ki, Slovakiya
Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb, iki ölkə
arasında diplomatik münasibətlər isə 1993-cü il noyabrın 23-də qurulub.
Sonrakı illərdə münasibətlərin institusional bazası mərhələli şəkildə
möhkəmləndirilib. Qarşılıqlı diplomatik nümayəndəliklərin yaradılması siyasi
dialoqun intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və humanitar
əməkdaşlığın inkişafına mühüm töhfə verib.

İyulun 13-də Slovakiya
Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə
arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni
sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addımdır.
Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına
və qarşılıqlı faydalı layihələrin təşviqinə təkan verəcəkdir.

Səfər çərçivəsində Qarabağın
dilbər güşəsi olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş
tərkibdə görüşləri olub. Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla
çıxış ediblər.

Prezident İlham Əliyev
mətbuata bəyanatında bildirib: “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin
inkişafı uğurla gedir.
Bizim siyasi təmaslarımız müntəzəm
xarakter alır”. Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı
iki tərəfin niyyətini göstərir.

Qeyd edilib ki, bu gün
Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir.
Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani
şəkildə göstərir. Ölkə başçısı deyib:  Biz çox şadıq ki, Slovakiya
Qarabağın bərpasında fəal iştirak edir. “Bu gün biz cənab Prezidentlə birlikdə
Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Burada Slovakiya şirkəti “ağıllı
kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq”, – deyən
dövlətimizin başçısı Qarabağın bərpasına verdiyi dəstəyə görə Slovakiya
Prezidentinə bir daha təşəkkürünü bildirib.

Əminəm
ki, bundan sonra da bu münasibətlər inkişaf edəcək. Çünki biz konkret işlərin
tərəfdarıyıq.  “Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm
verir. Deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır”,
– deyə dövlətimizin başçısı vurğulayıb.

Öz növbəsində Slovakiya
Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanda rəsmi səfərdə, o cümlədən
Qarabağda, Şuşada olmağından  çox məmnun olduğunu bildirib: “Mənim
üçün bu gün burada olmaq böyük şərəfdir.
Mən və
həmkarlarım burada çox genişmiqyaslı bərpa işlərinin şahidi oluruq. Burada mən
Sizin qısa müddətdə nələr əldə etdiyinizi, nəyə nail olduğunuzu xüsusilə
vurğulamaq istəyirəm. Mənim üçün böyük şərəfdir ki, slovak şirkətləri də məhz
bu regionun inkişafına öz töhfəsini verirlər. Ümid edirəm ki, onlar bundan
sonra da müxtəlif layihələrdə iştirak edəcəklər.

Peter Pelleqrini bildirib ki,
Azərbaycanla Slovakiya arasındakı strateji tərəfdaşlıq sadəcə rəsmi bir
sənəddən və ya formal diplomatik münasibətlərdən ibarət deyil, hər iki ölkə
bir-birinə həqiqi dostdur və tərəfdaşların bir-birinə təklif edəcəyi bir çox
perspektivli sahələr mövcuddur.



“Slovakiya öz
tərəfdaşları ilə səmimi əməkdaşlıq qurmaq niyyətindədir və Azərbaycan məhz belə
tərəfdaşdır. Azərbaycan regionun sabitliyinin və inkişafının qarantı və əsas
oyunçusudur, regionun, eyni zamanda, nəqliyyat marşrutlarının və qovşaqlarının
birləşdiyi məkandır”, – o əlavə edib.

Slovakiya Respublikasının
Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri dost ölkələr arasında
əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə bərabər iki ölkənin maraqlarına xidmət
edir.
Həmçinin regionda iqtisadi və siyasi sabitlik üçün
önəmli model formalaşdır, yeni investisiya imkanları açır. Diplomatiya,
iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji
tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da
möhkəmlənəcəyinə əminlik ifadə edir.



Murad Həsənli



Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap