| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Xarici QHT-lər İlham Əliyevin Forumdakı mesajlarından yazdı - Fotolar
Tarix 16.07.26, 10:34 |
|
Xarici QHT-lər İlham Əliyevin Forumdakı mesajlarından yazdı - Fotolar
xarici-qht-ler-ilham-eliyevin-forumdaki-mesajlarindan-yazdi
Siyasət10:19Oxunma sayı: 421
Qlobal Cənub QHT Platformasına daxil olan xarici QHT-lər Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda sülh, beynəlxalq əməkdaşlıq və Qlobal Cənub ölkələrinin qlobal qərarqəbuletmə sistemində daha ədalətli təmsilçiliyinin zəruriliyinə dair mesajlarını yüksək qiymətləndiriblər.
Afrika, Asiya və Latın Amerikasından vətəndaş cəmiyyəti təşkilatlarının, media qurumlarının və beynəlxalq platformaların nümayəndələri bildiriblər ki, Prezident İlham Əliyevin forumdakı çıxışı beynəlxalq institutların islahatı, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və inkişaf etməkdə olan dövlətlərin qlobal problemlərin həllində rolunun genişləndirilməsi də daxil olmaqla əsas qlobal məsələləri ehtiva edib.
Keniyadan olan Pan-Afrika İqlim Ədaləti Alyansının icraçı direktoru Mitika Mvenda bildirib ki, forumda iştirak beynəlxalq nümayəndələrə Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa işləri ilə yaxından tanış olmaq imkanı yaradıb.
“Azərbaycanda keçirilən IV Şuşa Qlobal Media Forumu keçmiş münaqişə zonasındakı insanlar üçün layiqli yaşayış şəraitinin təmin olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan tərəqqini dünyaya nümayiş etdirən vaxtında təşkil olunmuş mühüm platforma oldu”, - deyə Mvenda “LinkedIn” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Qlobal Cənub QHT Platforması bərpa təşəbbüslərini, eləcə də Azərbaycan və Ermənistan arasında, həmçinin bütövlükdə regionda uzunmüddətli sülhün bərqərar olunmasına yönəlmiş səyləri dəstəkləməyə davam edəcək.
Nigeriyalı jurnalist Dare Akoqun Prezident İlham Əliyevin qlobal idarəetmə sisteminin islahatı, xüsusilə də Afrika qitəsinin BMT Təhlükəsizlik Şurasında rolunun gücləndirilməsi ilə bağlı fikirlərinə diqqət çəkib.
Akoqunun sözlərinə görə, forumun əsas məqamlarından biri Azərbaycan Prezidenti İlham Əliyevin Afrika qitəsində sülh və təhlükəsizlik problemləri, eləcə də qitə ölkələrinin beynəlxalq strukturlarda kifayət qədər təmsil olunmaması ilə bağlı suala verdiyi cavab olub.
“Həmçinin bir daimi yer Afrika İttifaqına verilməlidir və həmin vaxt Afrika İttifaqına sədrlik edən ölkə Təhlükəsizlik Şurasında təmsil olunmalıdır”, - nigeriyalı jurnalist Prezident İlham Əliyevin çıxışından sitat gətirib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin mövqeyi daha geniş təmsilçiliyə malik beynəlxalq sistemin yaradılmasının zəruriliyi ilə bağlı qlobal müzakirələri əks etdirir.
Keniyadan olan “Africa Bureau for Climate Stories” təşkilatının nümayəndəsi Brayan Nqiqi bildirib ki, Prezident İlham Əliyev qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinin və Qlobal Cənub icmalarının səsinin daha çox eşidilməsi üçün imkanların genişləndirilməsinin vacibliyinə xüsusi diqqət yetirib.
Onun sözlərinə görə, forum sülhün, dayanıqlı inkişafın təşviqi, etibarlı məlumatın yayılması istiqamətində birgə səylərin əhəmiyyətini nümayiş etdirib, həmçinin vətəndaş cəmiyyətinin qlobal problemlərin həllində mühüm rolunu vurğulayıb.
Livanın “Human Environmental Association for Development” (HEAD) təşkilatının sədri və icraçı direktoru Mari Terez Merhec Seyf forumda məsuliyyətli media, dayanıqlı inkişaf və səmərəli idarəetmə arasındakı qarşılıqlı əlaqəyə həsr olunan müzakirələrin əhəmiyyətini qeyd edib.
O vurğulayıb ki, etimad, dialoq və əməkdaşlıq müasir çağırışların aradan qaldırılması üçün zəruri şərtlərdir və müstəqil jurnalistika etibarlı məlumatın yayılmasında mühüm rol oynayır.
Zambiyanın “Citizens Network for Community Development Zambia” təşkilatının icraçı direktoru Din Mikson Prezident İlham Əliyevin Qlobal Cənub ölkələrinin beynəlxalq proseslərdə rolunun artırılması və BMT-də islahatlarla bağlı çağırışını dəstəkləyib.
“Qlobal Cənub ölkələrinin səslərinin eşidildiyi, hörmətlə qarşılandığı və qərarqəbuletmə prosesində əks olunduğu daha güclü və inklüziv Birləşmiş Millətlər Təşkilatı sülhün, iqlim ədalətinin, dayanıqlı inkişafın və qlobal bərabərliyin təşviqi üçün zəruridir”, – deyə Mikson “LinkedIn” sosial şəbəkəsində yazıb.
Nigeriyanın “ICCDI Africa” təşkilatının təsisçisi Olumide İdovu da Prezident İlham Əliyevin Afrikanın BMT Təhlükəsizlik Şurasında təmsilçiliyinin gücləndirilməsinin vacibliyi ilə bağlı mövqeyini alqışlayıb.
Onun sözlərinə görə, 1,4 milyarddan çox əhalisi olan qitə qlobal sülh və təhlükəsizlik məsələlərinə təsir göstərən qərarların qəbulunda daha mühüm rola malik olmalıdır.
Perudan olan “Ikua4Change” təşkilatının həmtəsisçisi Blanka Muxika Prezident İlham Əliyevin qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi və vətəndaş cəmiyyətinin beynəlxalq proseslərdə rolunun genişləndirilməsinin vacibliyinə dair fikirlərini yüksək qiymətləndirib.
O vurğulayıb ki, Qlobal Cənub ölkələrinin təşkilatları arasında tərəfdaşlığın inkişafı qlobal çağırışlarla bağlı qərarlar hazırlanarkən onların təcrübə və prioritetlərinin daha dolğun nəzərə alınmasına imkan verəcək.
Esvatinidən olan “EcoHarmony Eswatini” təşkilatının nümayəndəsi Filile Dlamini forumun “Medianın sülhün təşviqində missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna diqqət çəkib.
Onun sözlərinə görə, dezinformasiyaya qarşı mübarizə, etibarlı məlumatın qorunması və etimadın möhkəmləndirilməsi məsələləri iqlim dəyişikliyi də daxil olmaqla müasir qlobal çağırışlar şəraitində xüsusi əhəmiyyət daşıyır.
Qlobal Cənub QHT Platformasına daxil olan xarici QHT-lər həmçinin forum çərçivəsində süni intellekt, medianın transformasiyası, dezinformasiyaya qarşı mübarizə və jurnalistikanın sülhün təşviqində rolu ilə bağlı keçirilən müzakirələrin əhəmiyyətini də vurğulayıblar.
Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumu media sahəsinin gələcək inkişafını, qlobal əməkdaşlığı və informasiyanın beynəlxalq dialoqun formalaşdırılmasındakı rolunu müzakirə etmək məqsədilə dünyanın müxtəlif regionlarından jurnalistləri, siyasətçiləri, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.
Trend








Xəbərin oxunma sayı : 151
Sosial
Xəbərlər
-
Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun - Dələduzluq sxemi ifşa olundu
-
“Diplomatik səylər dalana dirənib” - Fidan Ukrayna barədə
-
Azərbaycana avtomobil idxalı kəskin azaldı - Hibrid və elektromobillərin gətirilməsi çökdü
-
Paşinyan “boz kardinal“la yollarını ayırır - hakim komandada böhran
-
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq - PROQNOZ
-
Tramp İlham Əliyevin çıxışı əsasında hazırlanmış materialı paylaşdı - FOTO
-
ABM-in şöbə rəisinə yeni vəzifə verildi - Nağı Nağıyev kimdir?
-
Bakıda daha 31 məktəb təmayül tədris modelinə keçir - SİYAHI
-
Prezident şirkət rəsmilərini qəbul edib - MÜZAKİRƏ + FOTO
-
Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırıldı - VİDEO
-
AQTA kimin “əmisi oğlu“dur? - Heyvanları “stresdən çıxarıb”, insanları stresə salır...
-
Prezident Fələstinin Baş nazirini qəbul edib - FOTOLAR
-
Ukrayna hökuməti tam tərkibdə istefa verdi - Zelenski yeni baş nazirin adını açıqladı
-
ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib - Təfərrüat
-
Xarici QHT-lər İlham Əliyevin Forumdakı mesajlarından yazdı - Fotolar
-
Türkiyədə məşhurlara qarşı əməliyyat:İlyas Yalçıntaş, Sıla, Fatih Aksoy...
-
Azərbaycanda autizmli uşaqların sayı sürətlə artır - RƏQƏMLƏR
-
Şəmkirdə 11 nəfər restoranda zəhərləndi - FOTOLAR
-
Yenilənmiş 100 manatlıq əsginas əvvəlkindən nəyi ilə seçilir? - VİDEO
-
Aliment ödəyən valideynlər üçün vacib xəbər: Pul uşağın hesabına köçürülə bilər (VİDEO)
-
Bakıda hoteldə yanğın - Qonaqlar təxliyə edildi (VİDEO)
-
Salyanın üzüm bağlarında göbələk xəstəlikləri yayıldı - VİDEO
-
Motosiklet və moped sürücülərinə növbəti xəbərdarlıq - VİDEO
-
IV Şuşa Qlobal Media Forumu- Azərbaycanın informasiya diplomatiyasının uğurudur
-
Şuşa Media Forumu Azərbaycanın əməkdaşlıq imkanlarını genişləndirəcək
-
Azərbaycan-Slovakiya strateji əməkdaşlığı Avropanın enerji xəritəsini gücləndirən mühüm elementə çevrilir
-
IV Şuşa Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan rolunun növbəti təzahürüdür
-
Azərbaycan Slovakiya üçün strateji tərəfdaşdır
-
Dünya ictimaiyyətinin diqqətini cəlb edən platformalardan birinə çevrilən Şuşa Qlobal Media Forumu
-
Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İranda gizlənən həqiqətlər - Ölkəni kim idarə edir və rejimi nə gözləyir?
-
Sevgi münasibəti məhkəmə zalına daşındı: Tiktoker üçün ağır cəza tələb edildi
-
Haalandın Dünya Kubokundan qayıdışı gündəm oldu - FOTO
-
Azərbaycanda ötən il 3 nadir xəstəliyə yoluxma qeydə alınıb: Hansılardır?
-
Travmatologiya İnstitutunda izdiham: Səbəb açıqlandı - VİDEO
-
Məktəblər üçün 9 milyonluq tender: Hansı işlər görüləcək?
-
Pelleqrini İlham Əliyevin jestindən yazdı: “Məni qəlbdən təsirləndirdi“
-
Azərbaycanda bu ay hansı məhsullar bahalaşıb? - SİYAHI
-
Qızını boşatdırmaq istədi, kürəkəni tərəfindən öldürüldü - Şamaxıdakı qətlin TƏFƏRRÜATI
-
Prezidentlər Baş Qərvənd kəndində görülən işlərlə tanış oldu - FOTOLAR
-
Nihat Kahveci saxlanıldı - Keçmiş arvadını döydüyünə görə
-
Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq - PROQNOZ
-
Ölkədə müvəqqəti olma müddətinin uzadılması elektron qaydada aparılacaq - Rüsum alınmayacaq
-
İnflyasiya 5,7 faizə yüksəldi - Ən çox bahalaşan sahələr açıqlandı
-
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
-
Dünyada ən çox tankı olan ölkələr - Azərbaycan və Türkiyə neçənci sıradadır? (SİYAHI)
-
“Həddinizi bilin, hamınıza üzr istətdirəcəyəm“ - FOTO
-
Milli Məclis enerji resursları barədə daha bir qanun qəbul edib - Dəyişiklik
-
“Dövlətlərarası münasibətlərimizin tarixində yeni dövr başlayıb” - Əliyevdən Makrona təbrik
-
“Həkimlərin sayı az, növbə sistemi isə yoxdur...” - VİDEO
-
Azərbaycanda Media və Yayım Şurası yaradıldı - Deputatlar “hə“ dedi
-
“Onlar Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı“ - Hikmət Hacıyev
-
İlham Əliyev və Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
-
Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Bakı-Şamaxı yolunda təhlükəli vəziyyət yarandı: AAYDA-dan açıqlama
-
Azərbaycan beynəlxalq yükdaşımalardan nə qədər qazanıb? - Deputat rəqəmləri açıqladı
-
Şuşada İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub - FOTOLAR
-
İxtisas seçimində hansı qrupa qəbul olmaq nisbətən asan olacaq? - VİDEO
-
Azərbaycan nefti 3 dollardan çox bahalaşdı - Yeni qiymət
-
Müharibə nə vaxt bitəcək? - Trampdan cavab
-
Xırdalanda sakinlərin dözülməz həyatı: “Pəncərəni açmağa qorxuruq“ (VİDEO)
-
Binəqədidə gün ərzində bir neçə saat su verilir - VİDEO
-
Azərbaycanda neçə milyonçu var? - SİYAHI
-
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO
-
Qobustanda uçan körpünün inşası nə vaxt bitəcək? - VİDEO
-
Magistral su xətti partladı, 6 kənd susuz qaldı - VİDEO
-
PSJ “Nike” ilə müqaviləni 2037-ci ilə qədər uzadır - İlə 100 milyon
-
DİM beynəlxalq dil sertifikatlarını tanımır? - Açıqlama
-
AQTA-dan şübhəli arıqlama məhsulları ilə bağlı - Çağırış
-
“Zəngəzur dəhlizi vacib layihədir” - İlham Əliyev
-
Rusiyanın özəl təyyarəsi İrana gəldi - Xameneyini gətirib?
-
Abbasov üç nəfərə yüksək vəzifə verdi - ADLAR
-
Tramp Hörmüz boğazından keçidlərə görə haqq tələb edir - Rəqəmi AÇIQLADI
-
Biznesmenin 4 milyonunu ödədilər - İkisi həbsdən azad edildi
-
Milyonlar geri çəkildi - Cahangir Əsgərovun ailə şirkətində nə baş verir?
-
Sabah şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Nazirlik bu klinikada pozuntular aşkarladı: Yararlılıq müddəti bitmiş dərmanlar tapıldı
-
Bir ayda Avropada 10 mindən çox ölüm - İstilərə görə
-
Türkiyəli məşhur müğənni Haluk Levent niyə saxlanılıb? - Şok iddialar
-
Məktəbdə 1,2 milyonluq əlavə tikinti - Layihə sayğac satan şirkətə həvalə olundu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İsraildən Suriyada yeni hərbi plan - Ərdoğan xüsusi tapşırıq verib
-
Şamaxı Rəsədxanasından xəbərdarlıq: Geomaqnit qasırğası gözlənilir
-
Banklar kimlərə kredit verə bilməz? - Qanunun tələbləri
-
Azərbaycanda dövlət qurumu ləğv edildi - 2 il öncə yaradılmışdı
-
Nizami rayonunda qanunları kim ayaqlar altına atır? - VİDEO
-
Hikmət Hacıyev “TikTok“ və “LinkedIn“ nümayəndələri ilə rəqəmsal təhlükəsizliyi müzakirə etdi - FOTO
-
Xırdalanda nəqliyyat paradoksu: Müasir avtobuslar yolsuzluğa görə xəttini dəyişə bilər
-
Bakıda mağazadan terminal oğurlandı - ANBAAN VİDEO
-
“Ancaq özümüzə və dövlətə güvənməliyik“ - “Müharibədən sonrakı dövr çox çətin idi“
-
6 saylı RETS-ə cinayət işi - Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər
-
Milli Məclisdən mühüm qərar: Bu şəxslərə vergi güzəşti
-
Sabahın hava proqnozu açıqlandı - Çox isti olacaq
-
600 mindən çox yeni iş yeri açılacaq... - İqtisadçıdan maraqlı proqnoz
-
“Məğlub ola bilərsən, amma gərək heç vaxt əyilməyəsən...“ - Prezident
-
Yarım milyonluq mənimsəmə işi - Nazirliyin sabiq idarə rəisi məhkəmədə həbs edildi
-
Pirverdiyev “sağ əlini“ niyə həbs etdirib? - “Qəzəbinin səbəbini anlamıram...”
-
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN-dən çağırış
-
Haluk Levent saxlanıldı - 60 milyon dollarlıq iddia
-
Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
-
“Azərbaycan-Rusiya münasibətləri tam normallaşıb” - Prezident
-
Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? - FOTO
-
“Dünyada başqa iki elə dövlət tanımırıq ki...“ - Prezident + VİDEO
-
ABŞ İranın ən azı 13 şəhərinə zərbələr endirib - “NourNews”
-
Sənəd qəbulu başladı - Tələbələrin diqqətinə!
-
Məşhur senatorun qəfil ölümü - Bir neçə saat əvvəl Trampla danışıb
-
“Avropa Şurasından tam çıxmağı nəzərdən keçiririk” - İlham Əliyev
-
Geosiyasi gərginliyin daha bir təsiri:Balıq bazarında bahalaşma gözlənilir?
-
Şəxsi taksi hesablarını satanlara xəbərdarlıq - VİDEO
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu başlayıb - CANLI
-
Aİ Çindən asılılığı azaltmaq üçün “alət“ hazırlayır - “Bloomberg“
-
“Vaqner“ Mərkəzi Afrikada narkoimperiya qurub - Priqojinin oğlu rəhbərlik edir
-
Mövsümi meyvə-tərəvəz hələ də baha olaraq qalır - VİDEO
-
Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?
-
“Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir“ - Prezident
-
Fransada ən yüksək təhlükə səviyyəsi elan edilib - İstilərlə əlaqədar
-
Sumqaytda 2019-cu ildən tikilən bina bu günədək istifadəyə verilməyib - VİDEO
-
“Artıq köçkün həyatı keçmişdə qaldı“ - İlham Əliyev
-
İran nüvə obyektlərində bərpa işlərinə başlayıb - CNN
TOP 10
ARXİV






