“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycana avtomobil idxalı kəskin azaldı - Hibrid və elektromobillərin gətirilməsi çökdü

Tarix 16.07.26, 13:40

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycana avtomobil idxalında ciddi geriləmə qeydə alınıb. 

AzFakt.com “Marja”ya istinadla xəbəır verir ki, cari ilin yanvar–iyun aylarında ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayı kəskin azalsa da, idxal olunan bir maşının orta qiyməti yüksəlib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2026-cı ilin ilk yarısında ölkəyə 33 min 772 ədəd avtomobil və digər mühərrikli nəqliyyat vasitəsi idxal edilib ki, bunun da ümumi statistik dəyəri 675 milyon 957,6 min dollar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (51 min 727 ədəd, 960 milyon 708,8 min dollar) avtomobil idxalı say etibarilə 17 min 955 ədəd (34,7%), dəyər ifadəsində isə 284 milyon 751,2 min dollar (29,6%) azalıb.

Hesabat dövründə əsas zərbə minik avtomobilləri seqmentinə dəyib. Ölkəyə sərnişin daşınması üçün nəzərdə tutulmuş 29 min 637 ədəd minik avtomobili gətirilib ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə say ifadəsində 37,2% (17 min 562 ədəd), dəyər ifadəsində isə 36,8% (318 milyon 678,3 min dollar) azalma deməkdir.

Statistika göstərir ki, daxili bazarda hibrid və tam elektrikli avtomobillərə maraq və ya idxal imkanları kəskin zəifləyib:

Adi hibridlər (xarici mənbədən doldurulmayan): İdxal 64,5% çökərək 9 min 37 ədəddən 3 min 204 ədədə düşüb (itki: 5 min 833 ədəd).

"Plug-in" hibridlər (şəbəkədən doldurula bilən): İdxal 48,4% geriləyərək 13 min 964 ədəddən 7 min 201 ədədə enib.

Elektromobillər: Ölkəyə cəmi 547 ədəd tam elektrikli avtomobil gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,1% azalma deməkdir.

Ümumilikdə, yaşıl və hibrid texnologiyalı avtomobillərin idxalı 23 min 930 ədəddən 10 min 952 ədədə düşüb (yarıdan çox – 54,2% azalma).

Ümumi mənfi dinamikanın fonunda bəzi seqmentlərdə aktivlik müşahidə olunub.

Sərnişin daşıyan iritutumlu nəqliyyat vasitələrinin idxalı 250-dən 371 ədədə yüksəlib (48,4% artım). Bu kateqoriya üzrə xərclənən vəsait isə təxminən 2,9 dəfə artaraq 57,8 milyon dollar olub.

Xüsusi təyinatlı texnikaların idxal 28,4% artaraq 344 ədədə çatıb.

Yük avtomobilləriseqmentində isə azalma qeydə alınıb – idxal 14,7% geriləyərək 3 min 420 ədəd təşkil edib.

İdxalın say baxımından daha kəskin (34,7%), dəyər baxımından isə nisbətən yumşaq (29,6%) azalması ölkəyə gətirilən bir nəqliyyat vasitəsinin orta qiymətinin artdığını göstərir. Belə ki, ötən ilin ilk yarısında bir avtomobilin orta idxal dəyəri 18,6 min dollar idisə, 2026-cı ilin analoji dövründə bu göstərici 20 min dollara yüksəlib. Ekspertlər bunu idxal strukturunda daha bahaqiymətli avtobusların və xüsusi təyinatlı texnikaların payının artması ilə izah edirlər.



Xəbərin oxunma sayı : 130




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap