“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Yarım milyonluq mənimsəmə işi - Nazirliyin sabiq idarə rəisi məhkəmədə həbs edildi

Tarix 13.07.26, 13:07

Font ölçüsü : - / +
bitmap-img6


Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahov yarım milyondan çox yeyinti ittihamı ilə hakim qarşısına çıxarılıb.

AzFakt.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışlıq iclası keçirilib.

Həbsdə olmayan Mehdi Əmrahov barəsində ibtidai istintaq başlayandan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdi. Bugünkü iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.

Hakim təqsirləndirilən şəxsdən bu günə qədər məhkəmədə iştirak edib-etmədiyini soruşub. Əmrahov suala “heç “uçastkovıy”a da düşməmişəm” - deyə cavab verib. Bundan başqa o, iclasda laqeyd münasibəti ilə diqqət çəkib.

Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası qısa müşavirənin ardınca təqsirləndirilən şəxsin həbs edilməsinə qərar verib. Əmrahov zalda qandallanaraq təcridxanaya göndərilib.

Əsas iclas iyulun 20-si keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Əmrahov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Dəymiş ziyan ödənilmədiyi halda bu cinayətə görə 10 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 1543




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap