“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Aygün Kazımova sirkdə “məclis“ qurub, rep oxudu - Video

Tarix 12.06.26, 13:18

Font ölçüsü : - / +
bitmap-img6


Xalq artisti Aygün Kazımova yenidən uzun müddət gündəmi alt-üst edəcək layihə hazırlayıb.

AzFakt.com  xəbər verir ki, pop kraliça bu dəfə də ilkə imza ataraq rep janrında mahnı oxuyub. “Məclis” mahnısı üçün "Diva" klip də çəkdirib. Söz və musiqisi Abbas İsmayılova (Asoundady) məxsus olan “Məclis”in ekran həlli rejissor Delee Orucluya həvalə edilib. Layihə üçün yerli və əcnəbi komanda 2 gün çalışıb.

Ekran işi həm Bakı Dövlət Sirkində, həm də həmin ərəfədə Azərbaycana xaricdən gətirilən sirk pavilyonunda lentə alınıb. Klipdə yerli və xarici peşəkar sirk aktyorları - akrobatlar, janqlyorlar, kaskadyorlar və rəqqaslar çəkiliblər. Pop Diva ən təhlükəli kadrlardan birində isə hündürlükdə halqadan sallanıb. Ekran işində sirk heyvanlarından da istifadə edilib. 

Al-əlvan rəngləri, yüksək enerjisi və vizual həlləri ilə seçilən klipdə ölkənin əsas ulduzu beş fərqli obrazda kamera qarşısına keçib. Müğənninin saç və makiyajı üzərində Günəş Nur və Tolqahan Karataş çalışıb. Layihənin kreativ direktoru Rüfət İsmayıldır.

Mahnı ötən gün gecə yayımlansa da artıq, "Apple Music"də bir neçə saata rəsmi türkdilli rep pleylisti "Breaking Turkish Rap" də yer alıb.





Xəbərin oxunma sayı : 211




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap