“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Məğlub ola bilərsən, amma gərək heç vaxt əyilməyəsən...“ - Prezident

Tarix 13.07.26, 13:23

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev Azərbaycanı istəməyən qüvvələrin heç vaxt əl çəkməyəcəyini deyib və bu mübarizənin daimi olacağını bəyan edib.

AzFakt.com xəbər verir ki, Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti dünyanın dəyişdiyini, yeni təhdidlərin və təxribatların ortaya çıxdığını bildirib.

"Biz gələcəyə baxmalıyıq, dünya dəyişir, yeni təhdidlər və təxribatlar ortaya çıxır. Kimsə fikirləşirsə ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, bu heç vaxt olmayacaq, bu mübarizə daimi olmalıdır. Mübarizə öz hüquqlarımızı və milli kimliyimizi qorumaq üçündür, mübarizə öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçündür. Bir çox misallar var ki, bəzi ölkələr və onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu onları qoruyacaq, amma nəticə etibarilə qurban olurlar, böyük oyunların qurbanları. Bizim xalqımız həm işğal görüb, həm dağıntı görüb, həm zəfər, həm də bərpa görüb və bunun iştirakçısıdır", - İlham Əliyev deyib.

Prezident bəyan edib ki, milli kimlik, milli ləyaqət hər şeydən üstün olmalıdır:

"Məğlub ola bilərsən, amma gərək heç vaxt əyilməyəsən, sınmayasan, heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diqtəsi ilə oturub durmayasan. Lazım olsa, ölsən də belə gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvə-nəticələrinə bunu aşılayasan. Ona görə də bizim gələcək inkişafımız gənc nəsillə bağlı olacaq. Onlar da bizim kimi vətənə bağlı, mətin, iradəli, güclü olmalıdır ki, Azərbaycan da daim yüksəklərdə olsun".



Xəbərin oxunma sayı : 1564




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap