“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“3 ildə 4 dəfə əməliyyat olundum” - Pərvin Abıyeva

Tarix 13.06.26, 15:54

Font ölçüsü : - / +
bitmap-img6


"Son 3 ildir səhhətimdə ciddi problem var idi. Ayağımda və qida borumda problem yarandı. Mədəmdəki axlorhidriya xəstəliyi nevroloji durumla əlaqədar idi".

Bu sözləri aktrisa Pərvin Abıyeva aktyor Fərda Xudaverdiyevin yutub layihəsində deyib.

Aktrisa uzun müddətdir səhnədən uzaqlaşmasından söz açıb. O bildirib ki, səhhətində yaranan problemlərə görə aktrisalıqdan uzaqlaşıb:

"Üç dəfə ayağımdan, bir dəfə də mədəmdən əməliyyat olundum. Sonra ayağım yenə sındı, müalicə aldım. Baxdım ki, 3 il keçdi. Sağlamlığımla məşğulam, sənətlə yox. Sənətdə böyüdükcə, hər təklifi qəbul etmirsən. Gənc yaşımda təkliflərə üstən baxırdımsa, indi çox fikir verirəm. İndi təkliflər gəlir, amma ya ssenari yaxşı olmur, ya maddi durum. Pandemiyadan sonra filmlər zəiflədi. İndi kinoteatr da zəifləyib".

Pərvin "Qazancın hardandır?" sualına belə cavab verib:

"O vaxt deyirdilər bu qədər pulu hardan alır? Deyirdim ki, açılışlara gedirəm, reklamlarda, seriallarda rol alıram. İnandıra bilmirdim ki, mən özüm qazanıram. İndi blogerlərin etdiyini o vaxt mən edirdim. Amma indi blogerlərə elə mənfi şərh yazan var? Yoxdur.

Vaxtilə qazancımı düzgün yatırdım. Kreditə girib ev alırdım, yatırım edirdim. Anam deyir necə ağıllı uşaq olmusan? Anam deyirdi, özünü əziyyətə salma. Cavab verirdim ki, onsuz bu pulu paltara verəcəyəm. Həmişə irəlini fikirləşmişəm. Çətin günüm olanda qızılımı satıram. Yaxşı ki, vaxtında kreditə girib bahalı maşın almadım, qızıla yatırım etdim".  (Axşam.az)



Xəbərin oxunma sayı : 1519




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap