“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Aygün Bayramovadan etiraz: “Bu nə qədər olar?“

Tarix 24.06.26, 12:20

Font ölçüsü : - / +
bitmap-img6


Xalq artisti Aygün Bayramova yerli-yersiz işlədilən "ustad” və "sənətkar” ifadələrinə etiraz edib.

Sənətçi bu barədə "Xəzər axşamı” verilişində qonaq olarkən danışıb. O, sosial şəbəkələrdə və efirlərdə bu sözlərin çox bəsitləşdirildiyini bildirib:

"Allah ustadım Arif Babayevə rəhmət eləsin. Arif müəllim böyük sənətkar, böyük ustad idi. Əsl ustad elə Arif Babayevdir. Təbii ki, bizim başqa ustadlarımız da var. Amma heç kim inciməsin, indi "ustad” və "sənətkar” sözlərini çox cılızlaşdırıblar. Hər kəsə "sənətkar", hər kəsə "ustad" demək olmaz. Bayaq tələbəm mənə "ustadım” deyəndə, ona bildirdim ki, "müəllimim” desin. Bilirsiniz, ustad olmaq çox böyük anlayışdır. Bu sözlər çox ucuzlaşıb.

Məsələn, efirə çıxan gənc bir ifaçıdır, müəllimi də cavandır. Qoy desin ki, "müəllimim yaxşı müəllimdir, mənə bunu, onu öyrədir”. Amma "ustad” və "sənətkar” sözlərini ucuzlaşdırmayaq. Bu gün sosial şəbəkələrdə də görürük, hər kəs bir-birinə "sənətkar qardaşım”, "sənətkar bacım” deyir. Bu nə qədər olar? Yadınıza gəlir, bir neçə il bundan qabaq "maestro” sözü dəbdə idi. İndi "maestro” demirlər, indi "sənətkar qardaşım”, "sənətkar bacım”, "ustad” deyirlər. Xahiş edirəm, bu məsələdə bir az diqqətli olaq”.



Xəbərin oxunma sayı : 1102




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap