“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Nazirlik bu klinikada pozuntular aşkarladı: Yararlılıq müddəti bitmiş dərmanlar tapıldı

Tarix 13.07.26, 18:02

Font ölçüsü : - / +
bitmap-img6


Səhiyyə Nazirliyi "Caspian International Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) yoxlama aparıb.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "Caspian International Hospital"da aparılan yoxlama zamanı İnzibati Xətalar Məcəlləsinin 215.1-ci, 221.1-ci və 221.10-cu maddələri üzrə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.

Məhkəmə materiallarından məlum olub ki, Analitik Ekspertiza Mərkəzinin apardığı plandankənar yoxlama zamanı klinikada lisenziyada nəzərdə tutulmayan ginekologiya fəaliyyəti üzrə ekstrakorporal mayalanma (EKM) prosedurlarının həyata keçirildiyi, həmçinin dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş və saxlanma şəraitinə riayət edilməyən dərman vasitələrinin mövcud olduğu müəyyən edilib.

Yoxlama zamanı, həmçinin tibb avadanlıqları və cihazlarının normativ-texniki tələblərə cavab vermədiyi, müəssisənin lisenziyada göstərilməyən tibbi fəaliyyət növlərini həyata keçirdiyi, dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş, saxlanma şəraitinə riayət olunmadan və qismən qablaşdırılmamış vəziyyətdə dərman vasitələrinin saxlanıldığı aşkarlanıb. Aşkar edilmiş faktlar fotoşəkillərlə sənədləşdirilərək akta əlavə olunub.

Yoxlama müəssisənin baş direktoru Cəbrayıl Abbasovun iştirakı ilə aparılıb. O, izahatında bildirib ki, xəbərdarlıqdan sonra müəssisədə sonsuzluğun müalicəsi ilə bağlı prosedurlar dayandırılıb. Onun sözlərinə görə, aşkar edilmiş embrionlar əvvəllər müalicə almış pasiyentlərdən qalan embrionlardır.

İş materiallarında yer alan Analitik Ekspertiza Mərkəzinin ekspert rəyində isə qeyd olunub ki, yoxlama zamanı aşkar edilmiş faktlar müəssisədə yardımçı reproduktiv texnologiyalar üzrə fəaliyyətə dair tibbi sənədləşmənin lazımi qaydada təqdim edilmədiyini, fəaliyyətin dayandırılması barədə verilmiş məlumatın laboratoriyada aşkar olunan sənədlər və embrionların mövcudluğu ilə uyğunluq təşkil etmədiyini göstərir.

Məhkəmənin qərarı ilə "Caspian International Hospital" MMC İnzibati Xətalar Məcəlləsinin 215.1-ci, 221.1-ci və 221.10-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 6 000 manat məbləğində cərimə edilib.



Xəbərin oxunma sayı : 1597




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap