“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? - FOTO

Tarix 13.07.26, 11:36

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün əvvəl yağan güclü yağışlar nəticəsində başlanğıcını Böyük Qafqaz sıra dağlarının cənub ətəklərindən götürən və Zaqatala rayonu ərazisindən keçən Muxax, Tala, Bəkməz və Zilban çaylarında suyun səviyyəsi kəskin artaraq qısamüddətli selə səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusilə Talaçay və Zilbançayda suyun səviyyəsinin bir neçə dəfə yüksəlməsi nəticəsində yaşayış evlərinin zirzəmiləri və birinci mərtəbələri, həyətyanı sahələr sel suları altında qalıb. Taxıl, qarğıdalı, bostan-tərəvəz sahələri və fındıq bağlarına da ziyan dəyib.

Hadisədən dərhal sonra rayon icra hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası, aidiyyəti qurumlar, yerli icra nümayəndəlikləri və bələdiyyələrin əməkdaşları ərazilərə cəlb olunub. İlk növbədə zəruri infrastrukturun bərpasına başlanılıb. Tala və Zilban çaylarında suyun bulanması rayonun içməli su təchizatında çətinliklər yaratsa da, qabaqlayıcı tədbirlər görülüb.

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Ruslan Poladov bildirib ki, Talaçay daşqınları ilə tanınsa da, son on ildə bu miqyasda fəsad qeydə alınmayıb. Onun sözlərinə görə, sel ilk növbədə içməli su xətlərinə ciddi ziyan vurub.

Qeyd edək ki, Talaçay Zaqatala şəhəri, eləcə də rayonun ən iri yaşayış məntəqələrindən olan Yuxarı Tala və Aşağı Tala kəndlərinin əsas içməli su mənbələrindən biridir. Ötən əsrin 70-ci illərinin sonlarında istifadəyə verilən su xətti 1990-cı illərin sonlarından etibarən baş verən sellər nəticəsində dəfələrlə qəzalı vəziyyətə düşüb və rayonun daxili imkanları hesabına bərpa olunub. Sonuncu dəfə 2023-cü ildə xəttin yararsız vəziyyətdə olan 1200 metrlik hissəsi yenilənib. Hazırda isə su xətti istismar müddətini başa vurduğundan əsaslı yenidənqurmaya ehtiyac duyulur.

Ruslan Poladovun sözlərinə görə, Talaçay və Zilbançayda suyun səviyyəsinin yüksək, bulanıqlığın isə normadan artıq olması səbəbindən ilk gündən idarənin, eləcə də qonşu rayonların su maşınları əhalinin içməli su ilə təminatına cəlb edilib.

"Talaçay və Zilbançay mənbələrinin sel nəticəsində zədələnməsi, hidrotexniki qurğuların qum-çınqıl qatı altında qalması vəziyyəti çətinləşdirsə də, operativ tədbirlər sayəsində çıxış yolu tapıldı", – deyə idarə rəisi bildirib.

Onun sözlərinə görə, əməkdaşlar növbəli iş rejiminə keçib, qonşu rayonlardan cəlb olunan 10 su maşını vasitəsilə əhaliyə içməli su çatdırılıb. Bundan başqa, bütün artezian quyuları işə salınıb və su daşıyan avtomobillər yaşayış məntəqələrinə yönləndirilib. Fasiləsiz aparılan işlər nəticəsində Zilbançay mənbəsində bərpa tədbirləri qısa müddətdə başa çatdırılıb və iyulun 10-dan etibarən şəhərə suyun verilməsi bərpa olunub. Hazırda Zaqatala şəhərinə su qrafik əsasında verilir, eyni zamanda su maşınları vasitəsilə təminat davam etdirilir. Talaçayın Meşleş mənbəsində isə bərpa işləri sürətlə aparılır.

İdarə rəisi bildirib ki, bu günlərdə şəhər sakinləri də həmrəylik nümayiş etdirərək qonşularının su təminatına dəstək olublar. Xüsusilə Elvin və Toğrul qardaşları özlərinə məxsus su maşını ilə heç bir ödəniş tələb etmədən gündə bir neçə dəfə əhaliyə içməli su çatdırır və bu xeyirxah təşəbbüsü hazırda da davam etdirirlər.

Ruslan Poladov qeyd edib ki, hazırda Tala və Zilban çaylarında ağır texnikalar fasiləsiz işləyir, məcratənzimləmə işləri aparılır, çay yataqlarında daha möhkəm qum-çınqıl mühafizə bəndləri qurulur. Eyni zamanda Muxax və digər çaylarda da vəziyyət nəzarətdə saxlanılır. Onun sözlərinə görə, işlərə qonşu rayonlardan əlavə ağır texnikalar cəlb olunub və selin fəsadlarının tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 139




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap