“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda Xəzərin suyu duzsuzlaşdırılacaq - ADB zavod tikintisinə 140 milyon ayırdı

Tarix 24.11.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodunun tikintisi üçün 140 milyon dollar kredit ayrılmasını təsdiqləyib.

AzFakt.com xəbər verir ki, bu barədə bankın rəsmi məlumatında bildirilib.

Maliyyələşmə hər biri 70 milyon dollar olmaqla, iki tranş şəklində həyata keçiriləcək. Layihənin ümumi dəyəri isə 407 milyon dollar qiymətləndirilir.

Layihə çərçivəsində əks osmos texnologiyası əsasında işləyən duzsuzlaşdırma zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidməti nəzərdə tutulur. Müəssisənin gündəlik istehsal gücü 300 min kubmetr olacaq. Suya tələbatın artdığı dövrlərdə bu göstəricinin 330 min kubmetrə çatdırılması mümkündür.

Zavod 25 illik dövlət-özəl tərəfdaşlığı (PPP) müqaviləsi əsasında fəaliyyət göstərəcək. Burada təmizlənən suyun hamısı dövlətə məxsus “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nə veriləcək.

Layihənin əsas məqsədi Bakı və Abşeron yarımadasında yaşayan əhalinin, eləcə də kommersiya obyektlərinin içməli su ilə təminatının keyfiyyətini və fasiləsizliyini artırmaqdır. Bu, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması üzrə ilk irimiqyaslı müəssisə və dövlət-özəl tərəfdaşlığı mexanizmi ilə həyata keçirilən ilk layihə olacaq.

Qeyd edək ki, layihənin maliyyələşdirilməsində digər beynəlxalq maliyyə qurumları da iştirak edir. Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) da zavodun tikintisi üçün 45 milyon dollar kredit ayrılmasını təsdiqləyib.

Layihənin inkişaf etdiricisi Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. Tikinti işlərinin baş podratçısı Çinin “PowerChina” qrupuna daxil olan “Huadong Engineering Corporation” (HDEC) şirkətidir. İspaniyanın “Savener” mühəndislik şirkəti isə subpodratçı qismində layihələndirmə işlərini həyata keçirir.

Layihə ADB-nin Azərbaycan üzrə 2025–2029-cu illəri əhatə edən Tərəfdaşlıq Strategiyasının prioritetləri, o cümlədən dayanıqlı və ekoloji təmiz infrastrukturun inkişafı çərçivəsində reallaşdırılır.



Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap