“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq

Tarix 23.11.26, 20:21

Font ölçüsü : - / +
bitmap-img6


Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq edilib.

Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, aptek təşkilatlarının nəzdində fəaliyyət göstərən optika şöbələrinin fəaliyyəti müvafiq normativ hüquqi aktlarla tənzimlənir: “Aptek təşkilatlarının rəhbərləri və sahibkarlıq subyektləri həmin fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun təşkilini və bu tələblərə ciddi riayət olunmasını təmin etməlidirlər. Aptek təşkilatlarında optik məhsulların satışı ilə yanaşı, həkim-oftalmoloq tərəfindən tibbi xarakterli oftalmoloji müayinələrin aparılması özəl tibb fəaliyyəti çərçivəsində qiymətləndirilir və müvafiq lisenziya tələblərinə tabedir. Belə müayinələr yalnız qanunvericiliklə müəyyən edilmiş lisenziyalaşdırma, maddi-texniki və təşkilati tələblər yerinə yetirildikdə həyata keçirilə bilər. Müayinələrin aparıldığı yer də tətbiq olunan normativ tələblərə uyğun olmalıdır.

Müvafiq lisenziya olmadan və qanunvericiliklə müəyyən edilmiş zəruri şərtlər təmin edilmədən aptek təşkilatlarında lisenziyalaşdırılmalı olan oftalmoloji müayinələrin aparılması qəti yolverilməzdir. Həkim-oftalmoloqun aptekdə çalışması və ya müayinə xidmətinin hər hansı formada təşkil edilməsi qanunvericilikdə nəzərdə tutulmuş lisenziyalaşdırma tələblərini aradan qaldırmır.

Bununla əlaqədar aptek təşkilatlarının rəhbərlərinə, sahibkarlıq subyektlərinə və aidiyyəti şəxslərə ciddi xəbərdarlıq edilir ki, oftalmoloji müayinələrin təşkili və həyata keçirilməsi zamanı qanunvericiliyin bütün tətbiq olunan tələblərinə riayət edilməsi təmin olunmalıdır. Müvafiq lisenziya və tələb olunan şərait olmadan belə tibbi xidmətlərin göstərilməsinə yol verilməməlidir.

Xəbərdarlıq edirik ki, aptek təşkilatlarında müvafiq lisenziya olmadan özəl tibb fəaliyyətinin həyata keçirilməsi və ya digər məcburi tələblərin pozulması halları aşkar edildikdə həmin faktlar qanunvericiliyə uyğun qaydada araşdırılacaq, pozuntuya yol vermiş şəxslər və sahibkarlıq subyektləri barəsində səlahiyyətlər daxilində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.

Bir daha diqqətə çatdırırıq ki, qanunvericiliyin tələblərinə riayət olunması məcburidir. Vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması, eləcə də göstərilən xidmətlərin qanunauyğun təşkili üçün aptek təşkilatlarının rəhbərləri və aidiyyəti sahibkarlıq subyektləri üzərlərinə düşən öhdəlikləri tam və vaxtında yerinə yetirməlidirlər”.



Xəbərin oxunma sayı : 76




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap