“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanlılar üçün Həcc ziyarəti ildən-ilə bahalaşır - 10 ildə 3825 manat artım

Tarix 23.11.26, 18:26

Font ölçüsü : - / +
bitmap-img6


Həcc ziyarəti İslam dininin beş əsas şərtindən biri hesab olunur və hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla müsəlman müqəddəs Məkkə şəhərinə üz tutur. 

Ancaq ziyarət müsəlmanlar üçün böyük dini əhəmiyyət daşımaqla yanaşı, müəyyən maliyyə xərcləri də tələb edir. 

Azərbaycandan Həccə getmək istəyən zəvvarlar üçün paket qiymətləri isə son illərdə davamlı olaraq dəyişir.

Bu il Həcc ziyarəti üçün nəzərdə tutulan kvotanın 50 faizindən çoxu artıq dolub.
 
Bəs hər bir müsəlman üçün üçün vacib olan 5 əməldən biri olan Həcc ziyarətinin qiyməti illər üzrə necə dəyişib?

Azxeber.com-un apardığı araşdırma göstərir ki, xüsusilə son illərdə Azərbaycandan müqəddəs torpaqlara yollanmaq istəyən zəvvarlar üçün müəyyən edilən paket qiymətləri son 10 ildə nəzərəçarpacaq dərəcədə yüksəlib.

2017-ci ildə bir nəfər üçün Həcc ziyarətinin qiyməti 3 850 ABŞ dolları olduğu halda, 2026-cı ildə bu məbləğ 6 100 dollara çatıb. Beləliklə, 10 il ərzində qiymət 2 250 dollar, başqa sözlə, təxminən 58,4 faiz artıb.

Həcc ziyarətinin qiymətinin artım dinamikasını təqdim edirik:

Son 10 ildə Azərbaycandan Həcc ziyarəti üçün müəyyən edilən qiymətlər aşağıdakı kimi olub:

2017-ci il – 3 850 dollar

2018-ci il – 4 150 dollar

2019-cu il – 4 285 dollar

2020-ci il – 4 490 dollar

2021-ci il – pandemiya səbəbindən ziyarət təşkil edilməyib

2022-ci il – 5 350 dollar

2023-cü il – 5 750 dollar

2024-cü il – 5 850 dollar

2025-ci il – 5 950 dollar

2026-cı il – 6 100 dollar

Rəqəmlər göstərir ki, xüsusilə 2022-ci ildən sonra qiymətlər hər il yüksəlib. Təkcə 2022–2026-cı illər ərzində Həcc ziyarətinin qiyməti 750 dollar artıb.

2027-ci ildə də bahalaşma gözlənilir?

Qafqaz Müsəlmanları İdarəsinin açıqlamasına görə, 2027-ci il Həcc ziyarəti üçün bir nəfərlik paketin ilkin qiyməti ötənilki kimi 6 100 ABŞ dolları müəyyən edilib. Bununla belə, qiymətin bir qədər artması ehtimalı istisna olunmur.

QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri bildirib ki, dünyada baş verən hadisələr, Səudiyyə Ərəbistanında xidmət paketlərinin sayının dörddən üçə endirilməsi və yeni xidmətlərin əlavə olunması qiymət artımına səbəb ola bilər.

Beləliklə, son 10 ilin statistikası Həcc ziyarətinin qiymətində davamlı artım olduğunu göstərir. 2027-ci il üçün yekun qiymət isə hələ dəqiqləşməyib.



Xəbərin oxunma sayı : 118




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap