Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək - Sallivan

Tarix 03.06.26, 21:51

Font ölçüsü : - / +
bitmap-img6


Baydenin keçmiş müşaviri ABŞ-nin əvvəlki razılaşmadan çıxmasının böyük siyasi və iqtisadi problem yaratdığını vurğulayıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Ceyk Sallivan Donald Trampın sonda İranla illər əvvəl əldə olunmuş nüvə sazişinə bənzər razılaşmanın şərtlərinə qayıtmağa məcbur olacağını bildirib.

Sallivanın sözlərinə görə, gələcəkdə əldə edilə biləcək mümkün razılaşma mahiyyət etibarilə keçmiş ABŞ prezidenti Barak Obama administrasiyası dövründə formalaşdırılmış nüvə sazişinə yaxın olacaq. O qeyd edib ki, həmin razılaşmanın hazırlanmasında ABŞ-nin keçmiş dövlət katibi Con Kerri, diplomat Vendi Şerman və digər rəsmilər iştirak edib.

“Nəticə etibarilə biz əvvəlki nüvə sazişinə gələ bilərik. Trampın əldə etdiyi saziş illər əvvəl prezident Obama, Con Kerri, Vendi Şerman və mənim kimi insanların əldə etdiyi razılaşmaya çox bənzəyəcək. Donald Tramp birinci dəfə hakimiyyətə gəldikdən sonra bu sazişi ləğv edib. İranla indiki danışıqlar prosesində biz sonda biz buna bənzər bir vəziyyətə qayıdacağıq və bunun üçün böyük bədəl ödəyəcəyik. Halbuki əvvəldən sazişdən çıxmağa ehtiyac yox idi”, deyə Ceyk Sallivan bildirib.

Keçmiş müşavir hesab edir ki, ABŞ-nin əvvəlki nüvə razılaşmasından çıxması Vaşinqton üçün əlavə siyasi və diplomatik xərclər yaradıb və gələcəkdə bənzər mexanizmlərə qayıdış daha mürəkkəb şərtlər altında baş verə bilər.

Qeyd edək ki, Donald Tramp prezidentliyi dövründə ABŞ-ni İranla imzalanmış nüvə sazişindən çıxarmış və Tehrana qarşı genişmiqyaslı sanksiyalar siyasətini yenidən tətbiq etmişdi.



Xəbərin oxunma sayı : 172




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap