Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Mülkiyyət hüququ ilə bağlı mühüm dəyişiklik: yeni QAYDALAR gəlir

Tarix 03.06.26, 21:06

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda cinayət işləri üzrə əmlak üzərinə həbs qoyulması ilə bağlı mübahisələrin həlli mexanizminin dəyişdirilməsi təklif olunur. Hazırda bəzi hallarda bu cür mübahisələr mülki məhkəmə icraatı qaydasında araşdırılsa da, yeni dəyişiklik onların məhkəmə nəzarəti qaydasında daha operativ şəkildə həllini nəzərdə tutur. Hüquqşünasların fikrincə, mövcud sistemdə əmlakı üzərinə həbs qoyulan, lakin cinayət işində təqsirləndirilən şəxs olmayan vətəndaşların hüquqlarının müdafiəsi, eləcə də məhkəmə qərarlarının hüquqi nəticələri ilə bağlı müəyyən çətinliklər yaranır. Məhz bu problemlərin aradan qaldırılması məqsədilə Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər təklif edilib.

Bəs əmlak üzərinə həbs qoyulması ilə bağlı mövcud qaydalar hansı problemlərə səbəb olur və nəzərdə tutulan dəyişikliklər vətəndaşların hüquqlarına necə təsir göstərəcək?

Vəkil Bəxtiyar Hacıyev mövzu ilə bağlı Musavat.com-a bildirib ki, hazırda Azərbaycan məhkəmələrində ən aktual məsələlərdən biri əmlak üzərinə qoyulan həbslər və cinayət prosesi iştirakçılarının əmlakına tətbiq edilən xüsusi müsadirələrlə bağlıdır. Onun sözlərinə görə, bu məsələ həm cəmiyyətdə, həm də məhkəmələrdə ciddi mübahisələrə və iş yükünün artmasına səbəb olur.

Ekspertin sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrində təsbit olunan əsas hüquqlardan biri mülkiyyət hüququdur. Bəzi hallarda xüsusi müsadirə tədbirləri tətbiq edilir, bəzi hallarda isə hətta ittiham olunan şəxslərlə əlaqəsi olan insanların əmlakları üzərinə də həbs qoyulur. Son illərdə cinayət qanunvericiliyində aparılan islahatlar, xüsusilə Cinayət Məcəlləsinin 99.1-ci maddəsində nəzərdə tutulan hüquqi tədbirlər və korrupsiya, iqtisadi cinayətlər üzrə tətbiq edilən xüsusi müsadirələr bu sahədə mübahisələri daha da artırıb.

Bəxtiyar Hacıyev qeyd edib ki, Konstitusiya Məhkəməsinin qəbul etdiyi bir sıra qərarlar məhkəmə təcrübəsində dəyişikliklərə səbəb olub: "Bu qərarlara əsasən, maraqlarına toxunulan şəxslər cinayət prosesinin iştirakçısı olmasalar belə, hüquqlarını müdafiə etmək üçün prosesə qoşula və qərarlardan şikayət verə bilərlər".

Onun sözlərinə görə, məhkəmə nəzarəti ilə işə mahiyyəti üzrə baxılması arasında ciddi fərqlər mövcuddur və cinayət təqibi dövründə əmlak üzərinə həbs qoyulması ilə bağlı qərarlar məhz məhkəmə nəzarəti qaydasında qəbul edilir.

Ekspertin sözlərinə görə, praktikada bəzi hallarda istintaq orqanlarının bu səlahiyyətlərdən sui-istifadə etməsi halları müşahidə olunur. Belə ki, məhkumluq hökmü olmadan əmlaklara həbs qoyulması və müxtəlif məhdudiyyətlərin tətbiqi ilə bağlı problemlər yaranır. O vurğulayıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı çıxardığı bir sıra qərarlarda da bu sahədə pozuntular müəyyən edilib.

Hüquqşünas bildirib ki, xüsusilə cinayət prosesinin iştirakçısı olmayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və ya əmlakının qanuni mənbədən əldə olunduğunu sübut edə bilən şəxslərin mülkiyyətinə həbs qoyulması qanun pozuntusu hesab edilməlidir. O əlavə edib ki, bəzi hallarda ailə üzvləri dairəsinə daxil olmayan şəxslərin, eləcə də miras yolu ilə əldə edilmiş əmlakların xüsusi müsadirəyə məruz qalmasına da rast gəlinir.

Vəkilin sözlərinə görə, əvvəllər əmlak müsadirəsi əlavə cəza növü kimi tətbiq olunurdusa, sonradan qanunvericiliyə edilən dəyişikliklərlə bu institut xüsusi müsadirə formasında hüquqi təsir tədbiri kimi nəzərdə tutulub. Bunun məqsədi cinayətin nəticəsində yaranmış hüquqi vəziyyəti aradan qaldırmaq olsa da, tətbiq mexanizminin daha dəqiq tənzimlənməsinə ehtiyac var.

Bəxtiyar Hacıyev qeyd edib ki, təcrübəsində zərərin tam ödənilməsinə baxmayaraq, təqsirləndirilən şəxslərin ailə üzvlərinin, qohumlarının və digər yaxınlarının əmlaklarının üzərinə həbs qoyulduğu hallarla qarşılaşıb. Araşdırmalar zamanı həmin əmlakların cinayət dövründən xeyli əvvəl əldə olunduğu müəyyən edilsə də, onlar xüsusi müsadirəyə məruz qalıb.

Onun fikrincə, bu sahədə daha dəqiq hüquqi tənzimləməyə və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına ehtiyac var. Qanunvericilik həm sahibkarların, həm investorların, həm də digər şəxslərin mülkiyyət hüququnun etibarlı müdafiəsini təmin etməli, istintaq orqanlarının qanunsuz məhdudiyyətlər tətbiq etməsinin qarşısını almalıdır. Hüquqşünas hesab edir ki, dünya təcrübəsi öyrənilməli, müasir hüquqi mexanizmlər tətbiq olunmalı və Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə uyğun yanaşma formalaşdırılmalıdır.

O vurğulayıb ki, problem yalnız cinayət prosesi iştirakçılarını deyil, onların ailə üzvlərini və proseslə əlaqəsi olmayan çoxsaylı insanları da əhatə edir və buna görə də məsələ minlərlə insanın hüquqları baxımından xüsusi əhəmiyyət daşıyır.



Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap