Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Hökməli kəndində göl daşıb, evləri su basıb - VİDEO

Tarix 28.05.26, 22:29

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonu, Hökməli kəndində göl daşıb, yüzlərlə evi çirkab və qrunt suları basıb.

Xezerxeber.az-ın məlumatına görə,

sakinlər deyirlər ki, bəzi ailələr yaranmış ağır vəziyyət səbəbindən evlərini tərk etməyə məcbur olublar.

Ərazidə qalan insanlar isə uzun müddətdir çirkab suyun içində yaşadıqlarını və bunun onların sağlamlığına mənfi təsir göstərdiyini bildirirlər.

Ərazidə vəziyyət o həddə çatıb ki, sakinlər gündəlik işlərdə uzunboğaz çəkmələrdən istifadə etməyə məcbur qalıblar. Küçələr və həyətlər su ilə dolduğundan piyadaların normal hərəkəti çətinləşib.

 Məlumata görə, daha əvvəl Abşeron Rayon İcra Hakimiyyəti gölün ətrafında xüsusi texnikalar vasitəsilə müvəqqəti bənd vurub. Lakin son günlərdə müşahidə olunan intensiv yağış və dolu həmin bəndin dağılmasına səbəb olub. Sakinlərə vəziyyətin qismən aradan qaldırılması üçün icra hakimiyyətinin nasoslar təqdim etdiyi, eyni zamanda yanacaqla təminatın həyata keçirildiyi bildirilir.

Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, sözügedən ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Bu səbəbdən də yağışlı havalarda tez-tez subasma halları baş verir. Qurumdan bildirildi ki, gələcəkdə həmin ərazidə Baş plan əsasında layihənin icrası nəzərdə tutulub.




Xəbərin oxunma sayı : 133




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap